Makron Fransanın Ukraynaya qırıcı təyyarələr verəcəyini istisna etməyib
Bakı, 10 fevral, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi yardım qismində döyüş təyyarələrinin əvəzində hazırkı vəziyyətdə Kiyevə daha faydalı silahların göndərilməsinin tərəfdarı olduğunu, lakin heç nəyi istisna etmədiyini deyib.
AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, Emmanuel Makron bunu Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən növbədənkənar iclasından sonra Ukraynaya qırıcı təyyarələrin göndərilməsi imkanları barədə jurnalistlərin suallarına cavabında bildirib.
Onun sözlərinə görə, döyüş təyyarələri istənilən halda yaxın həftələr ərzində Ukraynaya çatdırıla bilməz və onlar Kiyevin hazırkı tələbatına cavab vermir. Fransa prezidenti Ukraynaya ötən həftə elan olunan “Caesar” özüyeriyən artilleriya qurğularının çatdırılması kimi digər prioritet istiqamətlərdə yardım etməyə üstünlük verdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]