Malayziyada torpaq sürüşməsi 11 nəfərin həyatına son qoyub
Bakı, 16 sentyabr, AZƏRTAC
Malayziyanın Sabah ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət ştatın paytaxtı Kota-Kinabalu şəhərinin yaxınlığındakı kənddə baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, daşqınlar səbəbindən ştatın 1800-ə yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb, zərərçəkənlər 12 yardım mərkəzində yerləşdirilib.
Baş nazir Ənvər İbrahim daşqın və torpaq sürüşməsindən əziyyət çəkənlərə əlavə yardım ayrıldığını elan edib. O, həmçinin malayziyalıları bir araya gələrək ehtiyacı olanlara kömək etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]