Malidə törədilən partlayış nəticəsində 17 nəfər həlak olub
Bakı, 28 fevral, AZƏRTAC
Malidə cəsədin içərisinə yerləşdirilən bombanın partladılması nəticəsində 17 nəfər həlak olub, 15-i isə yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bənzər hadisə ötən həftə qonşu Burkina Fasoda da törədilmişdi. Burada da cəsədin içinə yerləşdirilən bombanın partladılması nəticəsində iki əsgər ölmüş, altısı isə yaralanmışdı.
Qeyd edək ki, 2012-ci ildən etibarən Malinin şimali və mərkəzi bölgələrində mütəmadi olaraq terror aktları və silahlı toqquşmalar baş verir. Fransa Malidə sabitliyi bərpa etmək üçün bu ölkəyə dörd min nəfərlik sülhməramlı qüvvə göndərib. Eyni zamanda, BMT-nin təşkilatçılığı ilə yaradılan 15 min nəfərlik sülhməramlı missiya da burada sabitliyi bərpa etməyə çalışır. Lakin bütün cəhdlərə baxmayaraq, bu ölkədə siyasi sabitliyi təmin etmək hələ də mümkün olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]