Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

Maliyyə naziri SAMİR ŞƏRİFOV çıxışında bildirdi ki, bu ilin birinci rübündə sosial-iqtisadi xətt uğurla davam etdirilmişdir. Bu dövrdə investisiya qoyuluşları 12,3 faiz artmış, valyuta ehtiyatları 4,1 milyard dollar olmuşdur. Azərbaycandakı iqtisadi inkişafı xarici maliyyə qurumları da təsdiqləyir. İlin birinci rübündə büdcənin mədaxili 1 milyard 88 milyon manat, xərcləri isə 834 milyon manat olmuşdur. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Kənd təsərrüfatı sahəsinə 80 milyon manat subsidiya ayrılmışdır. Hazırda dövlət büdcəsinin dürüstləşdirilməsi məsələləri başa çatmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi xətt, 2007-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının dinamik inkişafı, Azərbaycan xalqının rifah halının yüksəldilməsi, ölkəmizin beynəlxalq münasibətlərində mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişi təmin etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə, ümumi daxili məhsulun 39,7 faiz səviyyəsində artım əldə edilmiş, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 12,3 faiz, orta aylıq əmək haqqı 26,2 faiz, pullu xidmətlərin həcmi 37,6 faiz, əhalinin banklardakı əmanətləri 61,8 faiz artmışdır.
2007-ci ilin birinci rübündə əldə edilən siyasi-iqtisadi nailiyyətlər sırasında 2007-ci il fevralın 7-də Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında sazişin imzalanması müstəsna yer tutur. Azərbaycandan Türkiyəyə birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına xidmət edəcək, dövlətimizin geostrateji və iqtisadi, kommersiya maraqlarını təmin edəcək bu transmilli layihənin xaricdən maneələrə baxmayaraq, ərsəyə gəlməsi ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri, diplomatik məharəti və siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Ölkəmizdəki siyasi sabitliyi və iqtisadi nailiyyətləri xarici qurumlar da yüksək qiymətləndirir. Bunları əsas götürərək, FİS Beynəlxalq Reytinq Agentliyi tərəfindən 2007-ci ilin fevralında Azərbaycan Respublikasının kredit reytinqi bir pillə artırılmış və BB+ səviyyəsinə çatdırılmışdır. Həmin kredit reytinqi beynəlxalq maliyyə icmasının etimadının ölkəmizə daha da artması göstəricisi olmaqla yanaşı, borclanma qabiliyyətinin artırılmasına, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədi ilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və beləliklə, Azərbaycanın beynəlxalq kapital bazarına çıxışının asanlaşdırılmasına əlverişli şərait yaradacaqdır.
Birinci rübün büdcə göstəricilərində də yüksək dinamika müşahidə olunmuşdur. Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 1 milyard 88 milyon manat və ya 96,9 faiz yerinə yetirilməklə 2006-cı ilin eyni dövrü ilə müqayisədə 400,4 milyon manat və ya 58,3 faiz çox olmuşdur. Təsdiq olunmuş mədaxil proqnozuna Vergilər Nazirliyi tərəfindən 94,7 faiz, yaxud, ötən ilin eyni dövrünə nisbətən 364,5 milyon manat və ya 87,6 faiz çox, Dövlət Gömrük Komitəsi tərəfindən 101,7 faiz və ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 milyon manat çox və ya 31,8 faiz çox əməl edilmişdir.
Dövlət Neft Fondundan büdcəyə proqnoza nəzərdə tutulduğu həcmdə, yəni 112,5 milyon manat vəsait köçürülmüşdür. Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə büdcəyə 20 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin həmin dövrünə nisbətən 1,7 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri 834 milyon manat və ya 74,1 faiz icra edilməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 170 milyon manat, yaxud 25,6 faiz çox olmuşdur. 2006-cı ilin eyni dövrü ilə müqayisədə sosial müdafiə və sosial təminatı xərcləri 127,5 faiz, mədəniyyət xərcləri 48,6 faiz, səhiyyə xərcləri 35,1 faiz, təhsil xərcləri 23,7 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 22,3 faiz, kənd təsərrüfatı xərcləri 8 faiz artımla icra edilmişdir. Cari ilin birinci rübündə xərclərin 38,7 faizi, yaxud 323,1 milyon manatı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2006-cı ilin eyni dövrü ilə müqayisədə 122,2 milyon manat və ya 60,8 faiz çoxdur.
Ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, bu sektora verilən dolayı subsidiyaların ləğv olunması, bir sıra malların və xidmətlərin qiymət tariflərinin bu xidmətlər üzrə maya dəyərinə çatdırılması, satış və xidmətləri həyata keçirən təşkilatların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 2007-ci ildə tətbiq edilən qiymət artımlarından vətəndaşların, aztəminatlı sosial təbəqənin ciddi zərər çəkməməsi, habelə büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən cari ilin yanvarında 14 sərəncam imzalanmışdır. İmzalanmış sərəncamlarla cari ilin fevral ayının 1-dən minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləği 50 manata çatdırılmış, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, melorasiya sahəsində çalışanların və dövlət qulluqçularının aylıq əmək haqları orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqqı 50 faiz, aspirantlara, ali, orta ixtisas və peşə məktəbləri, peşə liseylərinin tələbələrinə, şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 50 faiz artırılmışdır. Bütövlükdə, bu artımlar üçün büdcədə təxminən 253 milyon manat nəzərdə tutulur ki, bu da 1,2 milyondan çox vətəndaşın maddi təminatının yaxşılaşdırılmasına imkan verəcəkdir.
Möhtərəm cənab Prezident!
2007-ci ilin birinci rübündə dövlət investisiya xərclərinə 239,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2006-cı ilin eyni dövrünə nisbətən 63 milyon manat və ya 35,7 faiz çoxdur. Həmin vəsaitlərdən sosial, mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 34,7 milyon manat, o cümlədən idman komplekslərinin tikintisinə 1 milyon manat, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqrama uyğun olaraq, 13 min 618 şagird yerlik 14 yeni məktəbin, 7 məktəbdə 3 min 520 şagird yerlik 176 əlavə sinif otağının, habelə 1250 yerlik 10 uşaq bağçasının tikintisinə 13,1 milyon manat vəsait sərf edilmişdir.
Əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 197,2 milyon manat, o cümlədən modul tipli elektrik stansiyalarının tikintisinin başa çatdırılmasına 32 milyon manat, regionların içməli su və suvarma drenaj infrastrukturunun bərpasına 11,3 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının tikintisinə 56 milyon manat, Zaqatala və Lənkəran hava limanlarının yenidən qurulmasına 15 milyon manat vəsait yönəldilmişdir.
Bununla yanaşı, dövlət investisiya xərclərindən Beynəlxalq Bankın nizamnamə kapitalının artırılmasına 5,1 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, cari ilin birinci rübündə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaitləri hesabına qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin tikintisinə 27 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 7,3 milyon manat investisiya qoyulmuşdur.
Xalqımızın ictimai-siyasi və mədəni həyatında ənənələrin, mənəvi dəyərlərin qorunub saxlanılması ölkə Prezidentinin daim diqqətində olmuşdur. Azərbaycanda teatr və kino sənətinin maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi, ölkədə muzey işinin inkişaf etdirilməsi, monumental heykəltəraşlıq abidələrinin bədii-estetik görkəminin milli mənəvi dəyərlərə uyğunlaşdırılması və digər məsələlərin həlli məqsədi ilə cari ilin ötən dövrü ərzində Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır. Həmin sərəncamlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulduğundan başqa, əlavə tələb olunan vəsaitin mənbəyinin təyin edilməsi üçün işlər görülmüş, cari ilin birinci rübündə investisiya xərclərinin, teatr, tamaşa müəssisələrinin əsaslı təmiri və yenidən qurulması işlərinə 2,2 milyon manat vəsait yönəldilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO