İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108009942 ISIN-li, 50 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 74.2396 AZN (12 faiz) və 97.8399 AZN (5.5 faiz) manat olan 17 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.8399 AZN (5.5 faiz) manat, orta ölçülmüş qiyməti 97.8399 AZN (5.5 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166 milyon 516 min manat, yerləşdirilmiş həcmi isə 31 milyon 990 min 700 manat təşkil edib. İstiqrazlar 2027-ci il martın 9-da ödəniləcək. Hərrac iştirakçıları martın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.