Malta Beynəlxalq Hava Limanı iyulun 1-dən uçuşları bərpa edəcək
Valetta, 7 iyun, AZƏRTAC
Malta Beynəlxalq Hava Limanı iyulun 1-də açılacaq və 18 ölkə ilə uçuşları bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Malta Turizm və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi məlumat yayıb.
İyul ayından etibarən, İrlandiya, Avstriya, Çexiya, Danimarka, Estoniya, İslandiya, İsrail, Kipr, Latviya, Litva, Lüksemburq, Slovakiya, Finlandiya, İsveçrə, Macarıstan, Almaniyadan, eləcə də İtaliyadakı Siciliya və Sardiniyadan olan ziyarətçilərindən COVID-19-a görə yoxlanılma tələb olunmayacaq.
Malta, may ayının əvvəlində koronavirus pandemiyasından sonra tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırıb. Ötən ayın ikinci yarısında restoranlar, gözəllik salonları, açıq bazarlar və kinoteatrlar fəaliyyətə başlayıb. Uşaq məşğulluq mərkəzləri, idman salonları və barlar isə iyunun 5-dən açılıb.
Bu günə qədər Maltada bu xəstəliklə əlaqəli doqquz ölüm faktı və 622 yoluxma halı qeydə alınıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Malta
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]