“Mançester Yunayted” - “Vest Ham” oyununda heç-heçə qeydə alınıb
Bakı, 22 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 22-də futbol üzrə İngiltərə çempionatının 37-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” klubu öz meydanında “Vest Ham Yunayted” komandasını qəbul edib. Mançesterdəki “Old Traford” stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı “Vest Ham Yunayted” 45-ci dəqiqədə açıb. Penaltidən Mihael Antonio dəqiq zərbə ilə qol vurub. Fasilədən sonra meydan sahibləri hesaba tarazlıq gətirib. Mason Qrenvud fərqlənib. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib.
Bu nəticədən sonra “Mançester Yunayted” xal ehtiyatını 63-ə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Vest Ham Yunayted” isə 38 xalla 15-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]