Manisada 350 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Saruhanlı, Şahzadələr və Yunusəmrə rayonlarındakı fabriklərdə qidadan zəhərləndiklərini iddia edən 350 işçi ürəkbulanma, qusma, yüksək hərarət, üşümə, halsızlıq kimi şikayətlərlə xəstəxanalara müraciət edib.
Manisa Valiliyinin açıqlamasında bildirilir ki, işçilərin şəhərdə iş yerlərinə xidmət göstərən qida paylama şirkətinin təqdim etdiyi məhsullardan zəhərləndiyi güman olunur. Qida və sudan nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]