Marko Rubio: Kiyev və Avropanın Ukrayna danışıqlarında iştirakı daha sonra lazım olacaq
Bakı, 17 fevral, AZƏRTAC
Birləşmiş Ştatlar sonrakı mərhələlərdə Kiyevi və avropalı tərəfdaşlarını Ukrayna nizamlanması prosesinə cəlb etməyə hazır olacaq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio CBS telekanalına müsahibəsində deyib.
“Əgər biz real danışıqlar prosesini davam etdirə bilsək, nəticədə Ukraynanın cəlb olacağı nöqtəyə çatacağıq. Çünki işğala məruz qalan Ukrayna olub. Avropalılar da bu işdə iştirak etməli olacaqlar, çünki onlar Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər”, - deyə Dövlət katibi bildirib.
“Biz hələ o mərhələyə çatmamışıq. Ümid edirəm ki, biz ora çatacağıq, çünki hamımız bu münaqişənin bitməsini istəyirik”, - deyə Rubio əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]