Marneulinin Ağməmmədli kəndinin içməli su problemi həll olunub
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndinin içməli su problemi həll olunub. Əhalinin içməli su təminatı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihə başa çatdırılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı deyib.
Onun sözlərinə görə, kəndin içməli su problemini həll etmək məqsədilə 20 min 600 metrlik su borusu çəkilib. Kənddə daxili şəbəkələr qurulub. Bununla da 640 ailənin içməli su ilə təchizatı təmin olunub.
İcra başçısı qeyd edib ki, digər kəndlərin də sosial problemlərinin həlli istiqamətində işlər görülür. Bir neçə kənddə infrastruktur layihələr hazırlanıb.
Kəndə içməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, onun müavini Zviad Çunaşvili və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi