Masallı güləşçiləri Azərbaycan birinciliyində 1 gümüş və 1 bürünc medal qazanıblar
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərindəki "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində Masallı idmançıları 1 gümüş 1 bürünc medal qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dörd gün davam edən respublika birinciliyində Masallı idmançılarından Mircavad Nəbiyev yeniyetmələr arasında 48 kiloqram çəki dərəcəsində ikinci, gənclər arasında isə Hüseyn Hüseynzadə 65 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.