MASALLI OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Masallı rayonuna gəlmiş, Masallı şəhərində Olimpiya İdman Kompleksinin təntənəli açılışı mərasimində iştirak etmişdir.Mərasimə toplaşan masallılılar, o cümlədən gənc idmançılar Azərbaycan Prezidenti İlham Əliyevi, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikeyi və onun xanımını böyük hörmətlə və hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, idmana həmişə diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin müdrik kəlamları yazılmış
transparantlar, dövlətimizin başçısını salamlayan şüarlar var idi. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun inşa olunan bu kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dördulduzlu mehmanxana səviyyəsində ondan çox kottec tikilmişdir. 60 nəfərlik yeməkxana müasir tələblərə cavab verən mətbəx avadanlığı ilə təchiz edilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən obyektin inşasına 1,5 milyon manat vəsait ayrılmışdır. Kompleksin layihəsini “S.Modus” şirkəti vermiş, podratçı təşkilat isə “EL” tikinti şirkətidir.
transparantlar, dövlətimizin başçısını salamlayan şüarlar var idi. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun inşa olunan bu kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dördulduzlu mehmanxana səviyyəsində ondan çox kottec tikilmişdir. 60 nəfərlik yeməkxana müasir tələblərə cavab verən mətbəx avadanlığı ilə təchiz edilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən obyektin inşasına 1,5 milyon manat vəsait ayrılmışdır. Kompleksin layihəsini “S.Modus” şirkəti vermiş, podratçı təşkilat isə “EL” tikinti şirkətidir.
Masallı Olimpiya İdman Kompleksinin təməli 2004-cü il noyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Dövlətimizin başçısı 2005-ci ilin sentyabr və oktyabr aylarında burada tikintinin gedişi ilə yaxından tanış olmuş, işlərin sürətləndirilməsi və keyfiyyətlə aparılması üçün müvafiq tövsiyə və tapşırıqlarını vermişdir. Bütün tövsiyə və tapşırıqlara əməl olunmuş və məhz bunun sayəsində bu idman obyekti istifadəyə bu ilin mayında yox, aprelində hazır olmuş və hazırda idmançıların ixtiyarına verilir.Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salonda bütün əl oyunları, mini-futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Uzunluğu 25 metr olan üzgüçülük hovuzu Avropa ölkələri layihəsi əsasında inşa olunmuşdur və beynəlxalq standartlara uyğundur.
Respublikamızda sayca 11-ci olan bu kompleksdən cənub zonasında yerləşən digər rayonların idmançıları da istifadə edə biləcəklər.
Respublikamızda sayca 11-ci olan bu kompleksdən cənub zonasında yerləşən digər rayonların idmançıları da istifadə edə biləcəklər.Ölkəmizdə gənclərə göstərilən qayğının, idmanın və bədən tərbiyəsinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin - ümummilli lider Heydər Əliyevin dövründə əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin daha bir təzahürü olan yeni kompleks Azərbaycanın müasir idman qurğuları sırasında layiqli yerini tutacaqdır. Azərbaycanın gözəl guşələrindən biri olan Masallının mülayim iqlimi, əlverişli coğrafi mövqeyi burada respublikanın müxtəlif idman növləri üzrə yığma komandalarının təlim-məşq toplanışlarının, beynəlxalq yarışların keçirilməsinə əlverişli imkan yaradacaqdır. Kompleksin ərazisinin
ümumi sahəsi 3,5 hektardır. Burada park salınmış, su təchizatı üçün artezian quyusu qazılmışdır. 10 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmiş və 160 kilovatlıq transformator quraşdırılmışdır. Elektrik enerjisinin verilişində fasiləsizliyi təmin etmək üçün əlavə olaraq 160 kilovatlıq dizel generatoru və 250 kilovatlıq gərginlik tənzimləyicisi də qoyulmuşdur. İstilik təchizatı üçün ərazidə qazanxana tikilmiş, Türkiyədən müvafiq avadanlıq gətirilmişdir. Polşa, Çexiya və Türkiyə istehsalı olan avadanlıqdan istifadə olunmaqla ventilyasiya sistemi quraşdırılmışdır.
ümumi sahəsi 3,5 hektardır. Burada park salınmış, su təchizatı üçün artezian quyusu qazılmışdır. 10 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmiş və 160 kilovatlıq transformator quraşdırılmışdır. Elektrik enerjisinin verilişində fasiləsizliyi təmin etmək üçün əlavə olaraq 160 kilovatlıq dizel generatoru və 250 kilovatlıq gərginlik tənzimləyicisi də qoyulmuşdur. İstilik təchizatı üçün ərazidə qazanxana tikilmiş, Türkiyədən müvafiq avadanlıq gətirilmişdir. Polşa, Çexiya və Türkiyə istehsalı olan avadanlıqdan istifadə olunmaqla ventilyasiya sistemi quraşdırılmışdır.Kompleksin ümumi sahəsi 6 min 230 kvadratmetr olan 3 mərtəbəli binasının tikintisində yerli xammal və materiallardan da istifadə edilmişdir.
İdmançıların həkim yardımından istifadə etməsi üçün lazımi avadanlıqla təchiz olunmuş tibb məntəqəsi yaradılmışdır.Kompleksin ikinci mərtəbəsində gimnastika və boks, üçüncü mərtəbəsində isə güləş, trenajor salonları yerləşir. Kompleksə açıq səma altında müasir standartlara cavab verən otüstü xokkey stadionu daxildir. Sahəsi 6,3 min kvadratmetr olan stadionun 210 nəfər tamaşaçı tutan tribunası var.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey kompleksin xarici görünüşünə baxdılar, Cəlilabad və Lənkəranın otüstü xokkey komandalarının yoldaşlıq görüşünə tamaşa etdilər və idmançılarla xatirə şəkli çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər və ölkəmizin Olimpiya oyunları mükafatçılarına həsr olunmuş guşəyə, kompleksin idman salonlarına və xidmət otaqlarına, üzgüçülük hovuzuna baxdılar.
Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi oldu. Mərasimi Masallı Rayonu İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açdı.