MASALLI TAXILÇILARI 26,6 MİN TON MƏHSUL YIĞMIŞLAR
Masallı, 18 iyul (AZƏRTAC). Masallı rayonunda taxıl yığımı başa çatmışdır.
Bu il rayonda 11 min 304 hektar taxıl zəmisində biçin aparılmış və 26 min 600 ton məhsul istehsal edilmişdir. 2008-ci illə müqayisədə taxıl istehsalı 10 min 600 ton artmışdır. İstehsal edilmiş taxılın 22 min 300 tonunu buğda, 4 min 300 tonunu isə arpa təşkil edir.
Cari ildə biçin kampaniyasına 58 kombayn cəlb edilmiş, hər hektarın məhsuldarlığı 24 sentner olmuşdur.
2008-ci ildə məhsul istehsalçılarına dövlət tərəfindən cari ilin məhsulu üçün 347 min 600 manat yardım verilmişdir. Bu il isə 8.813 nəfər məhsul istehsalçısı üçün 541 min 600 manat hesablanaraq, Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]