Masallıda atletika üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 28 may, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzi stadionunda 28 May - Respublika Gününə həsr olunmuş yeniyetmələr arasında atletika üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən birinciliyin yekun nəticələrinə əsasən, 100 metr məsafəyə qaçışda Səyid Musayev birinci, Rəvan Həşimzadə ikinci, Asəf Dadaşov üçüncü yerə layiq görülüblər.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.