Masallıda cüdo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
Masallı, 17 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Masallıda keçirilən cüdo üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Masallı rayon gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən Cənub Regional Cüdo Təlim Mərkəzində keçirilib.
Yarışda 70-dək yeniyetmə və gənc on çəki dərəcəsində mübarizə aparıb. İki gün davam edən rayon birinciliyinin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.