Masallıda şəhid Gülşad Xəlilovun xatirəsi anılıb
Masallı, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Kürdəbaz kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Xəlilov Gülşad Elşad oğlunun doğum günü ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhid Gülşad Xəlilovun məzarı önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Mərasimdə şəhid Gülşad Xəlilovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılıb, şəhidlərin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.
Şəhidin atası Elşad Xəlilov ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]