Matəmlə əlaqədar qardaş ölkənin bayrağı NATO-da yarıya endirilib
Bakı, 7 fevral, AZƏRTAC
Türkiyədə milli matəm elan edildikdən sonra NATO-nun qərargahında qardaş ölkənin bayrağı yarıya endirilib.
AZƏRTAC bu barədə Anadolu agentliyinə istinadla xəbər verir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edilməsi barədə tviter hesabında paylaşım edib.
“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb. Yaralananların sayının isə 14 min 483 olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]