Mateo Kovaçiç “Çelsi” klubuna transfer olunub
Bakı, 9 avqust, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Mateo Kovaçiç İngiltərənin “Çelsi” klubuna transfer olunub.
AZƏRTAC xəbər verir ki, xorvat futbolçu 2018/2019-cu illər mövsümünün sonunadək London klubunda icarə əsasında çıxış edəcək.
“Çelsi” klubunda çıxış etməkdən çox xoşbəxtəm. Bu, inanılmaz bir duyğudur. Burada nəyə qadir olduğumu göstərməyə çalışacağam. Əminəm ki, yeni komanda yoldaşlarım və məşqçi heyəti bu işdə mənə yardımçı olacaq. Bu, mənim üçün yeni bir liqadır. Ümid edirəm ki, mənim üçün yadda qalan bir mövsüm olacaq”, - deyə Mateo Kovaçiç bildirib.
Mateo 2015-ci ildən “Real Madrid” klubunun şərəfin qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]