Matti Binotto F1 “Ferrari” komandasının yeni rəhbəridir
Bakı, 8 yanvar, AZƏRTAC
Mauritsio Arrivabene avtomobil yürüşləri üzrə Formula 1 dünya çempionatının “Ferrari” komandasının rəhbəri vəzifəsini tərk edib. Bu barədə italyan komandasının mətbuat xidməti xəbər yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, M.Arrivabeneni bu postda Matti Binotto əvəz edib. O, bu vaxtadək komandanın texniki direktoru vəzifəsində çalışıb.
Arrivabene 2014-cü ilin sonlarında “Ferrari”yə rəhbər təyin edilib. Onun rəhbərliyi ilə komanda üç dəfə Konstruktorlar Kubokunda ikinci yeri tutub, komandanın yürüşçüsü alman Sebastyan Fettel isə şəxsi hesabda iki dəfə ikinci olub.
2019-cu ildə dördqat dünya çempionu Fettelin “Ferrari”də ortağı monakolu Şarl Lekler olacaq.
Xatırladaq ki, Formula 1 mövsümünə martın 15-də Avstraliya mərhələsi ilə start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]