Mattias Zammer “Bavariya”dan ayrılıb
Bakı, 11 iyul, AZƏRTAC
Münhenin “Bavariya” futbol klubunun idman direktoru Mattias Zammer tutduğu postdan istefa verib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Zammer bu addımı səhhətində yaranan problemlə əlaqələndirib. Sabiq alman futbolçusu hazırda səhhətinin normallaşdığını, ancaq intensiv iş rejimi ilə fəaliyyət göstərə bilməyəcəyini deyib. O, bu səbəbdən getmək qərarına gəldiyini açıqlayıb.
“Bavariya”nın prezidenti Karl Haynts Rummenigge Zammerə xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, 2012-ci ildən “Bavariya”da çalışan Zammerin klubla 2018-ci ilədək müqaviləsi var idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]