“MAY DƏRƏSİ” YENİ İSTİRAHƏT KOMPLEKSİ OLACAQ
Turizm potensialı yüksək olan İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığındakı May dərəsi adlanan meşəlik ərazidə eyni vaxtda 100 turisti qəbul edə biləcək istirahət kompleksi yaradılır. Rayon icra hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini İlyas Abdullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, üç hektar sahədə 3 üçmərtəbəli mehmanxana, kotteclər, üzgüçülük hovuzu, idman qurğuları, restoran, əyləncə mərkəzi və s. inşa edilir. Kompleksin tikintisinə 100 nəfərədək işçi qüvvəsi, xeyli texnika cəlb olunmuşdur.
Mehmanxanalardan birinin tikintisi artıq başa çatmaq üzrədir. Üzgüçülük hovuzu və idman qurğularının inşası sürətlə davam etdirilir. Xarici turizm üçün hər cür şəraitə malik “May dərəsi” İsmayıllıda sayca üçüncü böyük istirahət kompleksi olacaqdır. İlin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə 70 nəfər daimi işçi çalışacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]