MDB ekspertləri sosial və demoqrafik siyasətə dair mövqelərini müəyyənləşdiriblər
Minsk, 4 mart, AZƏRTAC
Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin razılaşdırılmış sosial və demoqrafik siyasət Konsepsiyasının həyata keçirilməsinə dair tədbirlər planı layihəsinin təsdiq edilməsi üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Minskdəki qərargahından məlumat veriblər.
Tədbirlər planı layihəsinə dair bir sıra ölkələrdən daxil olan irad və təklifləri müzakirə edən ekspertlər sənədi tamamlayıb və razılaşdırıblar. Onlar Birlik ölkələrində razılaşdırılandan sonra sənədi müəyyən edilmiş qaydada nəzərdən keçirilməsi üçün MDB Hökumət Başçıları Şurasına təqdim etməyi Birliyin İcraiyyə Komitəsinə təklif ediblər.
Razılaşdırılmış sosial və demoqrafik siyasət Konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planı layihəsinə sosial-əmək, əhalinin sosial müdafiəsi, səhiyyə, demoqrafiya, ekologiya, miqrasiya, əlverişli sosiomədəni mühitin yaradılması sahələrində tədbirləri nəzərdə tutan bölmələr daxildir. Sosial və demoqrafik sahələrdə əməkdaşlıq üzrə müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə, Konsepsiyanın müddəaları nəzərə alınmaqla, sosial və demoqrafik siyasət məsələləri üzrə milli qanunvericiliyin inkişafına, elmi-praktiki konfransların, məsləhətləşmələrin və görüşlərin keçirilməsinə dair öhdəlikləri təsbit edən bəndlər də sənəddə yer alıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]