MDB Hökumət Başçıları Şurasının iştirakçıları Belarusun Baş naziri ilə görüşüblər
Minsk, 28 may, AZƏRTAC
Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.
Görüş zamanı R.Qolovçenko Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk