MDB İQTİSADİ ŞURASININ İCLASI
Sentyabrın 7-də Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 9-cu iclası olmuşdur. Gündəliyə 18 məsələ, o cümlədən Birlik ölkələrinin milli bazarlarına malların və xidmətlərin çıxarılması üçün informasiya-marketinq mərkəzləri şəbəkəsinin yaradılması; MDB ölkələrinin beynəlxalq avtomobil yükdaşımaları sahəsində qarşılıqlı fəaliyyəti; nüvə qəzasının, yaxud radiasiya qəzasının baş verəcəyi təqdirdə bunlara hazırlığın təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət və nəticələrin aradan qaldırılmasına qarşılıqlı yardım göstərilməsi; təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasında MDB dövlətlərinin qarşılıqlı fəaliyyəti; maşınqayırmada lazer texnoloji və nəzarət-ölçü komplekslərinin yaradılması və işə salınması, Dövlətlərarası Valyuta Komitəsinin fəaliyyəti məsələləri daxil idi.
Dövlətlərarası Valyuta Komitəsi 1995-ci il mayın 26-da MDB dövlət başçıları Şurasının qərarı ilə, valyuta-ödəmə və kredit münasibətləri sahəsində çoxərtərəfli əməkdaşlığın təşkilinə, valyuta qanunvericiliyinin yaxınlaşdırılmasıına və təkmilləşdirilməsinə, Birlik dövlətlərinin pul-kredit və valyuta siyasətinin əlaqələndirilməsinin forma və metodlarının inkişafına kömək göstərmək üçün yaradılmışdır.
Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasov Şuranın iclasında iştirak etmişdir.
Fərhad Nuriyev
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:41]
Qızıla investisiya marağı artır, zərgərlik tələbatı azalır
- 04.06.2026 [13:40]
AZPROMO: Zərgərlik məhsullarının ixrac dəyəri artıb
- 04.06.2026 [13:08]
AKTA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 04.06.2026 [13:05]
Azərbaycanın enerji diplomatiyası yeni mərhələyə qədəm qoyub – ŞƏRH
- 04.06.2026 [13:04]