MDB İŞLƏRİ ÜZRƏ AGENTLİK HƏMVƏTƏNLƏR VƏ HUMANİTAR ƏMƏKDAŞLIQ SAHƏLƏRİNİ DƏ ƏHATƏ EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti Dmitri Medvedevin müvafiq fərmanı ilə MDB işləri üzrə Federal Agentliyin adı dəyişdirilərək MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Agentlik adlandırılmışdır.
Rusiya kütləvi informasiya vasitələri xəbər verir ki, dövlət başçısının administrasiyasından daxil olmuş sənəd “Beynəlxaq əməkdaşlıq sahəsində dövlət idarəçiliyinin bəzi məsələləri haqqında” adlanır. Sənəddə göstərilir ki, bu fərman beynəlxaq əməkdaşlıq sahəsində dövlət idarəçiliyinin səmərəsinin artırılmasına yönəldilmişdir. Sənəddə, həmçinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin ləğv edilməsi, onun funksiyalarının MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Agentliyə həvalə edilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]