MDB-nin qərargahında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək
Minsk, 14 iyun, AZƏRTAC
İyunun 16-da Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahından məlumat veriblər.
İclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edəcək.
İyunun 7-də Bişkekdə keçirilən və Birlik ölkələrinin qarşılıqlı inteqrasiya fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 22 sənədin qəbul olunduğu MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclasına yekun vurmaq planlaşdırılır.
DSNŞ-ın üzvləri MDB Dövlət Başçıları Şurasının (DBŞ), Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və İqtisadi Şuranın prosedura qaydalarına və MDB Dövlət Başçıları Şurasının Birliyin müasir reallıqlara adaptasiyası haqqında qərarının layihəsinə dəyişikliklərin edilməsinin məqsədəuyğunluğunu müzakirə edəcəklər.
Bundan əlavə, Belarus Milli Məclisinin Nümayəndələr Palatası deputatlarının seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının başçısının namizədliyini razılaşdırmaq planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC_ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]