MDB ÖLKƏLƏRİNİN ANTİİNHİSAR SİYASƏTİ ÜZRƏ DÖVLƏTLƏRARASI ŞURASININ XXIII İCLASI KEÇİRİLMİŞDİR
İclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasəti departamentinin direktor əvəzi Samir Dadaşov və rəqabətin qorunması sektorunun müdiri Araz Əliyev təmsil etmişlər.
ASDŞ-nin XXIII iclası rəqabət qanunvericiliyinin tətbiqində MDB ölkələrinin antiinhisar orqanlarının əməkdaşlığının əlaqələndirilməsinə həsr olunmuşdur.
Şuranın iclasında, həmçinin aqrar sektorda və dərman preparatları bazarında azad rəqabətin inkişafı, kartellərin fəaliyyətində inhisarçılıq meyillərin araşdırılmasının hüquqi mexanizminin təkmilləşdirilməsi, dövlət ehtiyacları üçün satınalmalarda rəqabət qanunvericiliyinin tətbiqi məsələləri müzakirə olunmuşdur.
ASDŞ-ə üzv ölkələrin təmsilçiləri əvvəlki iclasdan keçən dövrdə görülən işlərlə bağlı məlumat vermiş, təbii inhisarçılar tərəfindən göstərilən xidmətlərin və istehsal olunan malların qiymət və tariflərinin tənzimlənməsi mexanizmi ilə bağlı fikir mübadiləsi aparmışlar.
Tədbirdə Azərbaycan nümayəndələri də çıxış edərək görülən işlər barədə məlumat vermişlər.
İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Araz Əliyev Ukraynanın Antiinhisar Komitəsinin “Rəqabətin müdafiəsinə görə” fəxri ordeni ilə mükafatlandırılmışdır.