MƏCBURİ KÖÇKÜN QADINLARIN MİLLİ ŞƏBƏKƏSİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 17-20-də BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsi üzrə Goranboyda seminar-təlimlər keçiriləcək. Təlimlər “Qadınların danışıqların aparılması və sülh yaradılması prosesində rolu, şəbəkələrin yaradılması” mövzusuna həsr olunacaqdır. Məqsəd məcburi köçkün və qaçqın qadınların münaqişələrin həll olunması və sülh yaradılması prosesinə cəlb edilməsidir.
Seminarlar YUNİFEM-in dəstəyi ilə yaradılmış məcburi köçkün qadınların milli şəbəkəsinin təklifi ilə həyata keçirilir. Təlimlər milli şəbəkənin 143 nəfərdən ibarət olan yeni üzvləri üçün planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]