MƏCBURİ KÖÇKÜNLƏRƏ NOVRUZ SOVQATI
Bu münasibətlə keçirilən mərasimdə icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat vermişdir ki, rayonda 11 min nəfərdən artıq məcburi köçkün məskunlaşmışdır. O, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı Abşeron rayonunun ictimaiyyəti adından təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, onlar Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin siyasəti sayəsində doğma yurdlarına qayıdacaqlar.
Nazir Füzuli Ələkbərov mərasim iştirakçılarını xalqımız üçün əziz olan Novruz bayramı münasibətilə təbrik etmiş və xatırlatmışdır ki, rəhbərlik etdiyi kollektiv 1998-ci ildən başlayaraq hər il Bilik və Novruz bayramlarında Abşeron rayonunda məskunlaşmış Qubadlı, Laçın və işğal olunmuş digər rayonların nümayəndələri ilə görüşür. O, ənənənin bu il də gözlənildiyini vurğulamış və bildirmişdir ki, nazirliyin əməkdaşları bayram münasibətilə onlara maddi yardım gətirmişdir.
Füzuli Ələkbərov vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir, iqtisadi qüdrətimiz artır. Dövlət əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin, o cümlədən məcburi köçkünlərin bu inkişafı öz məişətlərində hiss etməsi üçün səyini əsirgəmir. Nazir əmin olduğunu bildirmişdir ki, dövlətimizin başçısının apardığı siyasət sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq, soydaşlarımız tezliklə doğma ocaqlarına qayıdacaqlar.
Məcburi köçkünlər göstərilən diqqətə görə təşəkkür etmiş, işğal altındakı torpaqlarımızın azad olunacağına, tezliklə o yerlərdə də Novruz tonqallarının çatılacağına inamlarını dilə gətirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]