MƏDƏNİYYƏT
Mədəniyyət evi növbəti videoçarxı Milli Kino Gününə həsr edib
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına Mədəniyyət evi 2 avqust - Milli Kino Günü münasibətilə videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda mövzu ilə bağlı məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.
Videoçarx Mədəniyyət evinin sosial hesablarında təqdim edilib.