Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNUN ÇIXIŞI

 

- Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz musiqisevərlər!

Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan professional musiqisinin banisi, milli peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı, SSRİ xalq artisti, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, görkəmli ictimai xadim, dramaturq, publisist, alim, böyük vətəndaş, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi qeyd olunur.

Odlar diyarı Azərbaycan dünya mədəniyyəti xəzinəsinə od ürəkli, od nəfəsli sənətkarlar vermişdir. Bu qədim torpaq bir çox böyük şair və yazıçıların, alim və filosofların, rəssam və heykəltəraşların, bəstəkar və xanəndələrin, dramaturq və səhnə xadimlərinin mənəvi beşiyi, tükənməz ilham mənbəyi olmuşdur. Belə ölməz sənətkarlar arasında Üzeyir Hacıbəyovun xüsusi yeri vardır. O, zəngin, ecazkar, çoxsahəli və çoxjanrlı yaradıcılığa malik böyük şəxsiyyət, parlaq istedad sahibi olmuşdur. Üzeyir bəy Azərbaycan xalqının mənəvi qüdrətinin timsalıdır. Xalqa yaxın olması, coşğun ictimai və ədəbi fəaliyyəti, tükənməz yaradıcılıq imkanları ona zəmanəsinin sənət korifeyləri sırasında yüksək yer qazandırmışdır.

Mən bu çıxışımı hazırlayarkən çoxlu materialları nəzərdən keçirdim. Bunların arasında Üzeyir Hacıbəyov haqqında ən mühüm fikirlər, zəngin və mükəmməl nitq xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Böyük tədqiqat əsəri qədər qiymətli olan bu nitqi Heydər Əliyev 1995-ci il sentyabrın 18-də, indi ulu öndərin adını daşıyan həmin bu sarayda söyləmişdir. Nitqdə Üzeyir Hacıbəyovun bütün yaradıcılığı böyük diqqət və qayğı ilə təhlil edilir, bəstəkarın həyatındakı bir sıra məqamlara aydınlıq gətirilir. Heydər Əliyev öz nitqində demişdir: “Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır. Onun doğulduğu dövr, mədəniyyət xadimi kimi dünyaya gəldiyi dövr Azərbaycanda çar Rusiyasının hakimiyyəti dövrü idi. Ondan sonra Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yarandı. İki ilə yaxın müddət müstəqil Azərbaycan Respublikası dövrü idi. Ondan sonra Azərbaycanda sovet hakimiyyəti quruldu və bu hakimiyyət 1991-ci ilə qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq, xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, o, belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur... Üzeyir Hacıbəyov anadan olandan dünyasını dəyişənə qədər Azərbaycan xalqının görkəmli bir oğlu olmuşdur. Azərbaycan xalqına xidmət etmişdir... Üzeyir Hacıbəyov bizimdir - bütün varlığı, yaradıcılığı ilə”.

Bu, doğrudan da belədir. Biz hər səhər onun musiqisi ilə oyanırıq. Hər səhərimiz Üzeyir Hacıbəyovun yazdığı Azərbaycan Respublikasının Dövlət himni ilə açılır. Bəstəkarın taleyindəən möhtəşəm səhifə budur ki, indiyə kimi iki dəfə yazılan Azərbaycanın Dövlət himninin hər ikisinin müəllifi məhz Üzeyir Hacıbəyov olmuşdur. Bu, xalqın, millətin qan yaddaşında əbədi yaşayan bir tarixdir, dünyada analoqu olmayan bir faktdır.

Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Böyük ustadın məşhur “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları bu janrın Azərbaycanda özülünü qoymuş və öz müəllifinə böyük şöhrət gətirmişdir. “Arşın mal alan” musiqili komediyası bir çox dillərə tərcümə edilərək, dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulmuşdur. Bu əsər haqqında Heydər Əliyev belə demişdir: “Üzeyir Hacıbəyov “Arşın mal alan” əsərini XX əsrin əvvəlində yazıbdır. Deyə bilərəm ki, o, bir əsrdir yaşayır, gələcək əsrlərdə də yaşayacaqdır. Çünki o qədər mənalı-məzmunlu, həm də gözəl musiqiyə malik olan bir əsərdir ki, heç vaxt öz aktullığını itirmir. İnsanı - musiqi sevən, sənət sevən insanı heç vaxt yormur. Əksinə, hər dəfə insana sevinc gətirir, insana ilham verir. “Arşın mal alan”ın ekranlaşdırılması da təbiidir. Təkcə səhnədən ekrana keçməsi yox, yeni quruluşda verilməsi böyük bir hadisə idi. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, mahnısını dünyaya tanıdan bir əsər oldu”.

        Elə bu yaxınlarda dahi bəstəkarın dünya şöhrətli komediyası Ukraynanın Dnepropetrovsk şəhərində, Taras Şevçenko adına Akademik Dövlət Musiqili Dram Teatrında Ukrayna dilində böyük uğurla tamaşaçılara təqdim edilmişdir.

Üzeyir Hacıbəyovun mədəniyyətimizin tərəqqisi uğrunda apardığı mübarizə sahələri çox geniş, yaratdığı sənət nümunələri çox rəngarəng olmuşdur. Onun ecazkar musiqisi öz mayasını Azərbaycan xalqının zəngin və tükənməz mənəvi sərvətindən almışdır. Xalqın qəlbindən qopub gələn şirin melodiyalar, muğamlar, folklor nümunələri Üzeyir Hacıbəyovun ilk yaradıcılıq məktəbi olmuşdur. Onun musiqi vəədəbi irsi bir məktəbdir. Möhkəm özüllər üzərində qurulmuş zəngin bir məktəb.

1885-ci il sentyabrın 18-də Azərbaycanın gözəl guşələrindən biri olan Qarabağda dünyaya gəlmiş Üzeyirin uşaqlığı qədim Şuşada keçmişdir. Qafqazın konservatoriyası adlanan Şuşa balaca Üzeyir üçün ilk musiqi məktəbi olmuşdur. Sonralar o, Qori seminariyasında, Sankt-Peterburq Konservatoriyasında təhsil almışdır.

Üzeyir Hacıbəyov yaradıcılığının ilk illərində jurnalistika ilə də məşğul olmuşdur. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” və başqa qəzetlərdə, “Molla Nəsrəddin” jurnalında gizli imzalarla dövrün mühüm ictimai, siyasi və maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Həmin dövrdə hekayə yaradıcılığı və tərcümə ilə də məşğul olan Üzeyir Hacıbəyov bir müddət “Azərbaycan” qəzetinə baş redaktorluq etmiş, Azərbaycan ədəbiyyatı tarixinə böyük publisist və yazıçı kimi daxil olmuşdur. 

Bu, doğrudan da belədir. Biz hər səhər onun musiqisi ilə oyanırıq. Hər səhərimiz Üzeyir Hacıbəyovun yazdığı Azərbaycan Respublikasının Dövlət himni ilə açılır. Bəstəkarın taleyində ən möhtəşəm səhifə budur ki, indiyə kimi iki dəfə yazılan Azərbaycanın Dövlət himninin hər ikisinin müəllifi məhz Üzeyir Hacıbəyov olmuşdur. Bu, xalqın, millətin qan yaddaşında əbədi yaşayan bir tarixdir, dünyada analoqu olmayan bir faktdır.

Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Böyük ustadın məşhur “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları bu janrın Azərbaycanda özülünü qoymuş və öz müəllifinə böyük şöhrət gətirmişdir. “Arşın mal alan” musiqili komediyası bir çox dillərə tərcümə edilərək, dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulmuşdur. Bu əsər haqqında Heydər Əliyev belə demişdir: “Üzeyir Hacıbəyov “Arşın mal alan” əsərini XX əsrin əvvəlində yazıbdır. Deyə bilərəm ki, o, bir əsrdir yaşayır, gələcək əsrlərdə də yaşayacaqdır. Çünki o qədər mənalı-məzmunlu, həm də gözəl musiqiyə malik olan bir əsərdir ki, heç vaxt öz aktullığını itirmir. İnsanı - musiqi sevən, sənət sevən insanı heç vaxt yormur. Əksinə, hər dəfə insana sevinc gətirir, insana ilham verir. “Arşın mal alan”ın ekranlaşdırılması da təbiidir. Təkcə səhnədən ekrana keçməsi yox, yeni quruluşda verilməsi böyük bir hadisə idi. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, mahnısını dünyaya tanıdan bir əsər oldu”.

Elə bu yaxınlarda dahi bəstəkarın dünya şöhrətli komediyası Ukraynanın Dnepropetrovsk şəhərində, Taras Şevçenko adına Akademik Dövlət Musiqili Dram Teatrında Ukrayna dilində böyük uğurla tamaşaçılara təqdim edilmişdir.

Üzeyir Hacıbəyovun mədəniyyətimizin tərəqqisi uğrunda apardığı mübarizə sahələri çox geniş, yaratdığı sənət nümunələri çox rəngarəng olmuşdur. Onun ecazkar musiqisi öz mayasını Azərbaycan xalqının zəngin və tükənməz mənəvi sərvətindən almışdır. Xalqın qəlbindən qopub gələn şirin melodiyalar, muğamlar, folklor nümunələri Üzeyir Hacıbəyovun ilk yaradıcılıq məktəbi olmuşdur. Onun musiqi və ədəbi irsi bir məktəbdir. Möhkəm özüllər üzərində qurulmuş zəngin bir məktəb.

1885-ci il sentyabrın 18-də Azərbaycanın gözəl guşələrindən biri olan Qarabağda dünyaya gəlmiş Üzeyirin uşaqlığı qədim Şuşada keçmişdir. Qafqazın konservatoriyası adlanan Şuşa balaca Üzeyir üçün ilk musiqi məktəbi olmuşdur. Sonralar o, Qori seminariyasında, Sankt-Peterburq Konservatoriyasında təhsil almışdır.

Üzeyir Hacıbəyov yaradıcılığının ilk illərində jurnalistika ilə də məşğul olmuşdur. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” və başqa qəzetlərdə, “Molla Nəsrəddin” jurnalında gizli imzalarla dövrün mühüm ictimai, siyasi və maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Həmin dövrdə hekayə yaradıcılığı və tərcümə ilə də məşğul olan Üzeyir Hacıbəyov bir müddət “Azərbaycan” qəzetinə baş redaktorluq etmiş, Azərbaycan ədəbiyyatı tarixinə böyük publisist və yazıçı kimi daxil olmuşdur.

Bəstəkar 22 yaşında olanda dahi Məhəmməd Füzulinin poeması əsasında “Leyli və Məcnun” operasını yazmış və bununla özünü çox istedadlı bəstəkar kimi tanıtdırmışdır. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün şərqdə opera sənətinin əsasını qoymuşdur. Üzeyir bəy daha sonra bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid banu”, “Harun və Leyla”, “Əsli və Kərəm” muğam operalarını bəstələmişdir.

Ötən əsrin 20-ci illəri Azərbaycan musiqisinə təşkilatçılıq illəri kimi daxil olmuş və bu təşkilati işlərin başında məhz Üzeyir Hacıbəyov durmuşdur. Azərbaycan Xalq Maarif Komissarlığı yanında İncəsənət idarəsinin musiqi şöbəsinə rəhbərlik edən bəstəkar Azərbaycan musiqisinin gələcək inkişaf proqramını müəyyənləşdirmişdir. O, peşəkar musiqiçi kadrları yetişdirməklə, milli musiqinin əsaslarını nəzəri cəhətdən işləyib hazırlamaqla, ümumdünya musiqisini öyrənməklə məşğul olmuşdur. Azərbaycan tələbələri üçün Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. Sonradan bu məktəb texnikuma çevrilmiş, texnikum isə 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdirilmişdir. Hələ o zamanlar Üzeyir bəy burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, 1940-cı ildə professor adına layiq görülmüşdür.

Bəstəkar Azərbaycanda ilk çoxsəsli xor kollektivi yaratmışdır. Daha sonra Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir və bu orkestr üçün bir neçə əsər yazmışdır. Üzeyir Hacıbəyov 1930-cu illərin sonlarından eyni vaxtda üç mühüm vəzifəni icra etmiş - Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru və Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifələrində çalışmışdır. O, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən və onun ilk akademiklərindən biri olmuşdur.

1937-ci ildə Azərbaycan tarixində, milli musiqi mədəniyyəti tarixində böyük bir hadisə baş vermiş, opera sənətimizdə “Koroğlu” epoxası başlanmışdır. Bu əsər mədəniyyətimizin ümumi tarixində yeni bir səhifə açmışdır. “Koroğlu” operası dünya musiqi mədəniyyəti nailiyyətlərini özündə təcəssüm etdirən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi olmuşdur. Bu əsərdə bəstəkar klassik Avropa opera formalarına riayət edərək, bitkin ariyalar, duetlər, ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.

Operanın musiqi dramaturgiyasının əsasını monumental xor səhnələri təşkil edir. Koroğlu xalq qəhrəmanı olmaqla yanaşı, həm də aşıqdır. Buna görə də opera əsasən aşıq musiqisi üslubunda bəstələnmişdir. Üzeyir bəy “Koroğlu” operasında simfonik orkestrin tərkibinə milli musiqi alətləri də daxil edərək, orkestrin qeyri-adi, rəngarəng səslənməsinə nail olmuşdur. Ulu öndər Heydər Əliyev “Koroğlu” operası haqqında danışarkən deyirdi: “Üzeyir Hacıbəyov “Koroğlu” operasını yazarkən böyük sənətkarımız Bülbülü nəzərdə tutubdur. Bülbül və Koroğlu rolu. Elə bil ki, Koroğlu rolu Bülbül üçün yaranıbdır”.

Bəlkə də bu, mənim tərəfimdən bir qədər qeyri-təvazökarlıqdır, amma bunu mən deməmişəm, bizim böyük öndərimiz demişdir. Heydər Əliyev sözünə davam edərək demişdir ki, “Koroğlu” əsəri o vaxtdan - 1937-ci ildən indiyə qədər səhnədədir və bundan sonra da səhnədə olacaqdır.

Mədəniyyət naziri olaraq mən deyə bilərəm ki, biz böyük öndərin sözlərini həyata keçiririk. Akademik Opera və Balet Teatrımızda “Koroğlu” səhnədədir, “Leyli və Məcnun” səhnədədir. Bizim yeni Koroğlularımız var, gözəl Nigarlarımız var, yeni Leylilərimiz var, yeni Məcnunlarımız var. Fürsətdən istifadə edərək, mən hörmətli Prezidetimizə dərin təşəkkürümü bildirmək istəyirəm: iki gün öncə Üzeyir Hacıbəyovun yubileyi ilə bağlı bir sıra sənət adamlarımızı respublikanın ən yüksək fəxri adları ilə təltif etmişdir. Hörmətli Prezidentimiz, mən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin kollektivi, bu salonda əyləşən xalq artistləri, əməkdar artistlər adından Sizə dərin təşəkkürümü bildirirəm.

Mən bir faktı da qeyd etmək istərdim ki, Bülbül Koroğlu rolunda 400 dəfədən artıq çıxış etmişdir. Hər dəfə də bu rolu ifa edərkən Üzeyir bəyin sənətinə valeh olduğunu dilə gətirirdi. “Koroğlu” operasındakı vətənpərvərlik ruhu bu gün də vətəni sevən insanlar üçün bir nümunədir. “Koroğlu”nun uvertürası Azərbaycan milli ruhunun himnidir. Bu musiqiyə və bütünlüklə “Koroğlu” operasına millətin sonsuz məhəbbəti var. Heydər Əliyevin təbirincə desəm, “xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar - gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq, Vətənimizi daha da çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır”.

Bütün bu göstəricilər bəstəkar, vətəndaş Üzeyir Hacıbəyovun həyat mövqeyi, yaradıcılıq amalı idi. Bunları ulu öndər Heydər Əliyev demişdir.

Dahi bəstəkarımız Böyük Vətən müharibəsi illərində bir sıra marşlar, mahnılar, xalq çalğı alətləri üçün pyeslər yaratmışdır. Onun həmin illərdə yazdığı və Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi “Sənsiz” və “Sevgili canan” romansları bəstəkarın yaradıcılığında xüsusi bir yer tutur.

Üzeyir Hacıbəyov Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, opera və musiqili komediyalarında, eləcə də digər janrlardakı əsərlərində Şərq və Qərb musiqi sistemlərinin üzvi vəhdətini yaratmağa nail olmuşdur. Bəstəkar vaxtilə Şərq və Qərb musiqi mədəniyyətləri arasında keçilməz sayılan səddi aradan götürmüş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Öz yaradıcılığında Azərbaycan xalq musiqisinin bütün janrlarının - mahnılarının, rəqslərinin, muğam və aşıq musiqisinin üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu, Üzeyir üslubunu yarada bilmişdir.

O, həm də böyük musiqişünas alim idi. Azərbaycan musiqisinin xüsusiyyətlərinin Üzeyir Hacıbəyov tərəfindən verilən dərin elmi təhlili də musiqimizin inkişafı üçün qüvvətli nəzəri əsas olmuşdur. Üzeyir bəy müasir Azərbaycan musiqişünaslıq elminin əsasını qoymuş, bu barədə çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. “Azərbaycan xalq musiqisinin əsasları” (1945) fundamental tədqiqat əsərində o, qədim tarixə malik musiqimizin milli xüsusiyyətlərini böyük ustalıqla göstərə bilmişdir.

Üzeyir Hacıbəyov istedadlı bəstəkar, musiqişünaslar nəsli yetişdirmişdir. Məhz onun rəhbərliyi altında Azərbaycanda əsaslı bəstəkarlıq məktəbi yaranmışdır. Üzeyir bəyin çoxlu tələbələri olmuş, sonrakı nəsillər isə onun əsərlərinin təsiri altında böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar.

Əziz dostlar, dünən biz illərdən bəri artıq ənənəyə çevrilən milli musiqi bayramını keçirdik. Fəxri xiyabanda böyük bəstəkarın abidəsi önünə çiçək dəstələri qoyduq. Bu böyük bayramı 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə Azərbaycan xalqına hədiyyə edən Heydər Əliyevin məzarını ziyarət etdik. İncəsənət muzeyinin həyətində Şuşadan didərgin düşmüş, güllələnmiş heykəlləri ziyarət etdik. Üzeyir Hacıbəyovun ev-muzeyində aparılan böyük bərpa işlərindən sonra muzeyin yeni ekspozisiyasını açdıq. Bakı Musiqi Akademiyasının qarşısında böyük bayram şənlikləri yaşandı. Lakin Şuşa, Qarabağ nisgili bu tədbirlərdə daima bizimlə birlikdə oldu. Qəlbimizdən bir istək keçdi ki, kaş, böyük bəstəkarın gələn yubileyləri Şuşada qeyd olunsun.

Üzeyir Hacıbəyovun yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz əsərləri eşidəcək və bundan qürur duyacağıq.

Nə qədər ki, Azərbaycan var, nə dəqər ki, Azərbaycan xalqı var, Üzeyir bəyin də adı, musiqisi yaşayacaqdır.

Üzeyir Hacıbəyov kimi dahilər yetirən ulu Azərbaycan xalqına eşq olsun!

X X X

Sonra incəsənət ustalarının iştirakı ilə böyük yubiley konserti oldu. Əvvəlcə xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında “Koroğlu” operasının əzəmətli uvertürası səsləndi.

Müvəffəqiyyətlə keçən konsertdə Üzeyir bəyin “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operaları və musiqili komediyalarından parçalar, ariyalar, “Arazbarı”, “Sənsiz”, “Sevgili canan” kimi musiqi inciləri ifa olundu, bir daha dinləyicilərə və tamaşaçılara unudulmaz anlar bəxş edildi.

Dahi bəstəkarın çıxışını, Bülbülün Koroğlusunu əks etdirən kinokadrlar, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1995-ci il sentyabrın 18-də Üzeyir bəyin 110 illik yubileyi gecəsində dediyi sözlər alqışlarla qarşılandı: “Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir.

Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır...

Üzeyir Hacıbəyovun yaradıcılığı insanları həmişə vətənpərvərliyə çağırdığı kimi, bu gün də Azərbaycan vətəndaşlarını vətənpərvərliyə dəvət edir. Əgər biz bu gün Üzeyir Hacıbəyovun xatirəsini yad ediriksə, əgər onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq.

Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Məsələləri sülh yolu ilə həll etməliyik. Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun, Şuşa da, Qarabağ da, işğal edilmiş bütün torpaqlarımız da azad olunacaq - Azərbaycan xalqının iradəsi ilə azad olunacaq, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir”.

Yubiley gecəsi Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycanın Dövlət himninin əzəmətlə səsləndirilməsi ilə başa çatdı.

X X X

X X X

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV konsertdən sonra səhnə arxasına gələrək, uğurlu çıxışlarına görə incəsənət ustalarını təbrik etdi:

- Çox sağ olun. Sizə təşəkkür edirəm. Bu gün dahi Üzeyir bəyin ölməz əsərləri səsləndi. Siz də onları çox gözəl ifa etdiniz. Çox gözəl konsert oldu. Yenidən bu əsərləri dinləmək çox böyük zövq verir. Sizin hamınıza bu münasibətlə öz təşəkkürümü bildirirəm. Doğrudan da, bu gün Üzeyir bəyin yubileyi bizim hamımız üçün böyük bayramdır. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

MƏNSUM İBRAHİMOV (xalq artisti): Cənab Prezident, bu günlərdə bizə fəxri ad vermisiniz. Sənət dostlarım adından Sizə çox böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, bizə belə böyük etimad göstərmisiniz, səhnəmizin Leyli və Məcnununa yüksək ad vermisiniz.

İLHAM ƏLİYEV: Siz buna layiqsiniz. Mən çalışıram ki, sənət

adamlarının əməyini qiymətləndirim. Bu, belə də olmalıdır. Bizim ulu öndərimiz Heydər Əliyev həmişə bu məsələlərə çox böyük diqqət göstərirdi. Çünki Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün mədəniyyət, incəsənət çox böyük əhəmiyyət kəsb edir. İqtisadi cəhətdən nə qədər zəngin olursa-olsun, əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, ölkə uğurla inkişaf edə bilməz. Ona görə bu, bizim bugünümüz üçün lazımdır, gələcək nəsillərin tərbiyə olunması üçün lazımdır. Xüsusilə də nəzərə alsaq ki, bizim mədəniyyətimiz çox zəngin, nadir və dünyada analoqu olmayan mədəniyyətdir. Üzeyir bəyin əsərləri, bizim başqa görkəmli incəsənət, mədəniyyət xadimlərinin əsərləri - bütün bunlar milli sərvətimizdir. Sənət adamlarına həmişə böyük diqqət olmalıdır, həmişə qayğı olmalıdır. Olan problemlər gərək həmişə öz həllini tapsın. Allaha şükürlər olsun ki, indi ölkəmiz sürətlə inkişaf edir, imkanlarımız artır. Əlbəttə, ilk növbədə, siz bu imkanlardan bəhrələnməlisiniz. Mən çalışacağam ki, bundan sonra da həmişə sizin yanınızda olum.

LÜTFİYAR İMANOV (xalq artisti): Cənab Prezident, bu gözəl bayram münasibətilə Siz Azərbaycanın incəsənət və mədəniyyət xadimlərinə fəxri adlar verdiniz. Bu, çox böyük işdir. Allah Sizi var eləsin. Arzu edirəm ki, belə hadisələr daha da çox olsun. Sağ olun, var olun.

AFAQ BƏŞİRQIZI (xalq artisti): Cənab Prezident, Siz bizim mədəniyyətimizin mənəvi dayağısınız. Bu, bizi çox qüdrətləndirir. Hər bir ölkənin dövlət bayrağından sonra mədəniyyəti gəlir. Siz mənim Prezidentimsiniz.

İLHAM ƏLİYEV: Çox sağ olun. Bilirsiniz ki, indi biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əlbəttə, bu da zəmanənin tələbidir və bütün inkişaf etmiş ölkələr bu şəraitdə yaşayır. Belə olan halda, əlbəttə, bizneslə məşğul olanlar, sahibkarlıqla məşğul olanlar öz məişət şəraitini yaxşılaşdırırlar. Onların böyük imkanları var və daha da artıq olsun. Amma sənət adamlarının belə bir imkanı yoxdur. Ona görə dövlət bu məsələni daim diqqət mərkəzində saxlamalıdır. Mən çalışıram ki, mənə ünvanlanan bütün müraciətlərə müsbət münasibət göstərim. Son müddət ərzində bu məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır.

AFAQ BƏŞİRQIZI: Allah eləsin ki, məmurların hamısı öz öhdələrinə düşən vəzifələri dərk etsinlər, bilsinlər ki, biz hər şeyə görə Sizə müraciət etməyək.

İLHAM ƏLİYEV: Gərək onlar da nümunə götürsünlər.

AFAQ BƏŞİRQIZI: Bəli. Çünki incəsənəti qiymətləndirmək lazımdır. Bu gün Üzeyir bəyin yubileyinin keçirilməsi Azərbaycan xalqının böyüklüyüdür. Müharibə vaxtı Nizaminin yubileyi keçirilibdir. Biz müharibəyə görə belə dahilərimizi qurban verə bilmərik. Allah qoysa, müharibəyə Sizinlə birlikdə son qoyacağıq.

İLHAM ƏLİYEV: İnşallah. Çox sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev incəsənət ustaları ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub