MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ SƏRGİ
Dövlət Mədəniyyət və İncənət Universitetində bu təhsil ocağının müəllimlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Resrublikanın elm və mədəniyyət xadimlərinin, sənət adamlarının və xarici diplomatların dəvət olunduqları tədbiri giriş sözü ilə açan univercsitetin rektoru, professor Timurçin Əfəndiyev sənətə və sənətçilərə göstərdiyi böyük qayğı və diqqətə görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi, müəllimlərin tədris işləri ilə yanaşı, yaradıcılıq fəaliyyəti ilə də məşğul olduqlarını vurğuladı.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatları Fəttah Heydərov, Nizami Cəfərov, təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək, sərgiyə təqdim olunmuş əsərləri yüksək qiymətləndirdilər və belə bir tədbirdə iştirakdan məmnun qaldıqlarını söylədilər.
Fransanin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare Azərbaycan-Fransa mədəni əlaqələrinin genişlənməsindən söhbət açdı.
Tədbirin sonunda incəsənət ustalarının ifasında romanslar səsləndi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]