Media: Avropa Komissiyası büdcə kəsirinə görə Rumıniyanı cərimələyə bilər
Bakı, 26 may, AZƏRTAC
Avropa Komissiyası Rumıniyanı həddən artıq böyümüş büdcə kəsirini azaltmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə cərimələyə bilər.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Rumıniyadakı iqtisadi vəziyyəti diqqətlə izləyir və ölkə hökumətindən növbəti yeddi il ərzində büdcə kəsirini azaltmaq üçün aydın plan təqdim etməsini gözləyir.
Qeyd edək ki, 2024-cü ildə Avropa İttifaqı ölkələri arasında ən yüksək büdcə kəsiri Rumıniyada qeydə alınıb - 9,3 faiz. Buxarest bu il kəsiri 7 faizə endirmək üçün vergi konsolidasiyası planı hazırlayıb.
İttifaq müqaviləsinə əsasən, Avropa Komissiyası qanunvericiliyə əməl etməyən üzv dövləti məhkəməyə verə, bu da potensial olaraq cərimə ilə nəticələnə bilər. Sabitlik və İnkişaf Paktına əsasən, Avropa İttifaqına üzv ölkələrin büdcə kəsirləri ümumi daxili məhsulun üç faizini keçməməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]