Media nümayəndələri Lənkəranın çayçılıq və ekoturizm imkanları ilə tanış olublar VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərinə keçirilən mediatur çərçivəsində jurnalistlər Hirkan Milli Parkı və Xanbulan gölünü ziyarət edib, bölgənin zəngin təbii turizm imkanları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, burada jurnalistlərə təbii ərazilərin turizm potensialı, ekoturizmin inkişaf perspektivləri və bölgənin turistlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.
Proqram çərçivəsində Lənkəranın əsas turizm istiqamətlərindən biri olan çayçılıq sahəsi də diqqətdə olub. Media nümayəndələrinə bölgədə çayçılığın tarixi, ənənələri, çay bitkisinin yetişdirilməsi, məhsulun toplanması və emal mərhələləri barədə məlumat verilib. Həmçinin yerli çay istehsalının inkişafı, Lənkəran çayının özünəməxsus xüsusiyyətləri və bu sahənin turizm potensialı ilə bağlı təqdimat keçirilib.
Səfər zamanı media nümayəndələrinin bölgənin turizm imkanları, çayçılıq və digər sahələrlə bağlı sualları cavablandırılıb.
Müxbir - Fidan Əlizadə