Media: Rekord sayda amerikalı Britaniya vətəndaşlığı almaq üçün müraciət edib
Bakı, 23 may, AZƏRTAC
Cari ilin ilk rübündə Böyük Britaniya vətəndaşlığı almaq istəyən amerikalıların sayı kəskin şəkildə artıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra rekord sayda amerikalı Böyük Britaniya vətəndaşlığı almaq üçün müraciət edib.
“ABŞ-da Birləşmiş Krallığın vətəndaşlığını almaq üçün müraciətlərin sayı Donald Trampın prezidentliyinin ilk bir neçə ayında rekord həddə çatıb. Belə ki, 2025-ci ilin ilk üç ayı ərzində 1930-dan çox amerikalı müvafiq müraciət edib, bu da qeydiyyatın aparılmağa başladığı dövrdən bəri ən yüksək göstəricidir. İmmiqrasiya xidmətinin məlumatına görə, Böyük Britaniyaya köçmək istəyən amerikalıların sayı öncəki rüblə müqayisədə 12 faiz çoxdur”, - deyə nəşr yazır.
Analitiklərin fikrincə, amerikalıların Birləşmiş Ştatları tərk etmək istəyi “qorxu, məyusluq və maliyyə təhlükəsizliyi” ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]