Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp administrasiyasının ticarət siyasəti qızılı son həftələrin ən perspektivli aktivinə çevirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin dərc etdiyi məqalədə deyilir. Nəşr qeyd edir ki, qızılın qiyməti Donald Trampın inaqurasiyasından sonra yeni rekorda imza ataraq unsiyası 2942,70 dollara qalxıb. Beləliklə, yanvarın 20-dən etibarən qiymətində yeddi faizlik artımın müşahidə edildiyi qızıl son zamanların ən perspektivli aktivinə çevrilib.
Ekspertlərin sözlərinə görə, qızılın dəyəri artıq beşinci ildir ki, artmağa davam edir. Mənfi monetar amillərə - ABŞ dollarının güclənməsinə və yüksək faiz dərəcələrinə baxmayaraq, bu il də onun qiymətinin artması üçün ilkin şərtlər qalmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]