Media: Türkiyə Hərbi Hava Qüvvələri İranla sərhəddə patrul xidməti həyata keçirir
Ankara, 6 mart, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bölgədəki vəziyyətin gərginləşməsi fonunda İranla sərhəd boyunca uçuşlara başlayıb.
AZƏRTAC Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə hava məkanı, o cümlədən Hakkari əyalətinin cənub-şərqindəki Yüksekova bölgəsində patrul xidməti həyata keçirilir.
Bu məsələ ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib.
İranla sərhəd bölgələrində vəziyyət sakitdir.
Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları İranla quru sərhədi boyunca vəziyyəti izləməyə davam edir və qanunsuz miqrant axınına qarşı tədbirlər görür.
Bu arada, Türkiyə Nəqliyyat Nazirliyi İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşların dayandırılmasını martın 9-dək uzadıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]