MƏHƏMMƏD BARADEİ: NÜVƏ PROBLEMİNDƏ İRANLA ABŞ-IN MÖVQELƏRİ FƏRQLƏNİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, M.Baradei Raysla görüşündən sonra jurnalistlərə demişdir: “Bir neçə gün əvvəl Ləricani ilə görüşdüm, bu problemin həlli yolları haqqında onun fikirləri ilə tanış oldum və əlbəttə, İranın nöqteyi-nəzəri barədə K.Raysı məlumatlandırdım, lakin bu, Amerikanın mövqeyindən xeyli fərqlənir”. BAEA başçısı vurğulamışdır ki, öz rolunu İranın nüvə probleminə dair danışıqlar aparan altı ölkə ilə Tehran arasında vasitəçilikdə görür. O demişdir: “Bilmək istəyirsinizsə, mən bitərəf vasitəçiyəm. Mən bütün tərəfləri dinləyirəm və müxtəlif nöqteyi-nəzərləri onların hər birinin diqqətinə çatdırıram, lakin son qərarı tərəflərin özləri verməlidirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]