Məhəmməd Cəfər Muradi: Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum
Bakı, 13 may, AZƏRTAC
Bakı marafonunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum. Bakının “Küləklər şəhəri” olduğu haqqında eşitmişdim. Ancaq bu gün bunun şahidi oldum. Külək əsdiyindən qaçmaq mənim üçün çətin idi.
Bu sözləri AZƏRTAC-a “Bakı Marafonu 2018”in gümüş mükafatçısı iranlı idmançı Məhəmməd Cəfər Muradi yarışla bağlı təəssüratlarını bölüşərkən söyləyib.
“Yarış çox gərgin keçdi. Havanın küləkli və isti olmasına baxmayaraq, özümdə güc toplayıb finiş xəttinədək irəlilədim. Bunu özüm üçün uğur hesab edirəm”, - deyə iranlı idmançı bildirib.
Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 minədək insan qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]