Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhəmməd Əli tarixə bütün dövrlərin ən böyük boksçularından biri kimi daxil olub

Məhəmməd Əli tarixə bütün dövrlərin ən böyük boksçularından biri kimi daxil olub

Bakı, 17 yanvar, AZƏRTAC

Ömür vəfa etsəydi, ağır çəkidə çıxış edən (91 kiloqramadək) əfsanəvi amerikalı boksçu Məhəmməd Əlinin yanvarın 17-si 80 yaşı tamam olacaqdı.

AZƏRTAC tanınmış boksçu barədə materialı oxucuların diqqətinə çatdırır.

Kassius Kley (boksçunun əsl adı-soyadı belə idi) ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində anadan olub. Onun atasının adı da belə idi, ABŞ-ın Rusiyada səfiri işləyən və boksçunun ulu babasını köləlikdən xilas edən siyasətçi Kassius Marsellus Kleyin şərəfinə qoyulmuşdu. Əli boks ilə 12 yaşında məşğul olmağa başlayıb. Velosipedi oğurlanan Əli polis Co Martinə bu barədə bildirir və oğrunu döyəcəyi ilə hədələyir. Həmin vaxt Martin ona cavab verir ki, kimisə döyməmişdən əvvəl bunu öyrənmək lazımdır. O, uşaqlara boks öyrətdiyi idman zalına Əlini dəvət edir.

Əli artıq məşqlərə başlayandan 6 həftə sonra ilk döyüşünü keçirir. Rəqibi Ronni O’Kifi ondan həm böyük, həm də təcrübəli idi, lakin bu, gələcəyin çempionuna debüt vuruşmada qalib gəlməyə mane olmadı. Qarşılaşmadan sonra Əli bəyan edir ki, o, tarixdə ən böyük boksçu olacaq.

Məhəmməd Əli həvəskar karyerasında ilk turnirini 1956-cı ildə keçirib və qalib gəlib. Lakin növbəti il idmandan gedə bilərdi, çünki həkimlər idmançının ürəyində nasazlıq aşkarlamışdılar. Dörd aylıq fasilədən sonra ona məşqlərə qayıtmağa icazə verdilər. Boksçu 1956-cı ildə Luisvilldəki böyüklər üçün mərkəzi məktəbə keçir və oranı çətinliklə bitirir. Əli dərslərini yaxşı oxumurdu, bir dəfə sinifdə qalmışdı. Direktor idmançının məktəbdə təhsilini başa vurmasında maraqlı idi, çünki gənc Əlidə potensial görür və onun təhsil müəssisəsinə məşhurluq gətirəcəyinə inanırdı. İdmançı 1960-cı ildə məktəbi bitirdi, həmin anadək o, həvəskar boksda 100 qələbə və 8 məğlubiyyətə sahib idi.

Romada Olimpiya Oyunları

1960-cı ildə Əli Roma Olimpiya Oyunlarında iştirak üçün boks üzrə ABŞ yığmasına çağırılır. Lakin uçuş fobiyası səbəbindən yarışlardan kənar qala bilərdi. “Mən boksdan daha çox uçuşdan nigaran idim. Məni döyüş deyil, uçuş həyəcanlandırırdı”, - deyə Əli özü barədə çəkilən sənədli filmlərdən birində bildirir.

Pol Morqan “Məhəmməd Əli: əsrin döyüşü” adlı kitabında yazır ki, Romaya getmək üçün boksçunu çox dilə tutmaq lazım gəldi. Nəticədə Əli razılaşdı, lakin bir şərtlə: onun paraşütü olmalıydı.

Olimpiya turnirinin dörddəbir finalında Əli SSRİ-dən olan Olimpiya çempionu Gennadi Şatkova, yarımfinalda avstraliyalı Toni Mediqana hakimlərin yekdil səsi ilə qalib gəldi. Qızıl medal uyğunda qarşılaşmada o, polyak Zbiqnev Petşikovski ilə görüşərək, yenə hakimlərin yekdil qərarı ilə qalib gəldi.

Doğma şəhərində Əlini qəhrəman kimi qarşıladılar: aeroportda onu yüzlərlə pərəstişkar və şəhərin meri gözləyirdi. Oxuduğu məktəbdə təntənəli görüş təşkil olunmuşdu. Doğulan körpələrə onun şərəfinə Əli adı qoyulurdu.

Lakin kafelərin birində baş verən hadisə onun qələbə əhval-ruhiyyəsini korladı. Məhəmməd Əli xatırlayırdı: “Mən Olimpiya çempionuyam, mərkəzdə nahar edə bilərəm. Döşümdə medal mən restorana daxil oldum və bir fincan qəhvə ilə “hot-doq” istədim. Cavabında mənə bildirdilər ki, onlar qaradərililərə xidmət göstərmirlər. Üç gün bundan əvvəl mən ölkə uğrunda mübarizə aparmışam və indi yemək istəyirəm. Mən doğma şəhərimdəki restorandan çıxdım. O şəhərdən ki, orada kilsəyə gedirəm, o şəhərdən ki, onun uğrunda atam vuruşub. Olimpiya çempionu restoranda yeyə bilməz, qaydalar buna icazə vermir”.

Boksçunun əhvalı o dərəcədə korlanmışdı ki, o, medalını çaya tulladı. 36 ildən sonra, ABŞ-ın Atlanta şəhərində Beynəlxalq Olimpiya Komitəsinin ovaxtkı rəhbəri Xuan Antonio Samaranç Əlini təkrar təltif etdi.

Peşəkar karyeranın başlanğıcı

Bir çox boksçular Olimpiya Oyunlarındakı qələbələrindən sonra peşəkar idmana keçirlər. Əli də istisna olmadı və Olimpiadadakı zəfərindən dərhal sonra özünə menecer axtarmağa başladı. O, Şuqar Rey Robinsonla işləmək istəyirdi, lakin boksçu ona maraqlı gəlmirdi. Daha sonra o, Co Luisə üz tutdu. Lakin Əlinin xasiyyəti Co Luisin xoşuna gəlmədi və o da imtina etdi. Yekunda Əlinin birdən-birə 11 meneceri oldu ki, onlar da hərəsi 2800 dollar vəsait qoydular.

1960-cı ilin oktyabrında Əli doğma Luisvilldəki peşəkar rinqdə ilk döyüşünü keçirdi. Onun rəqibi polisdəki işi ilə boks karyerasını bir araya gətirən Tani Hanseyker idi. Arena həddən artıq dolu idi, hər kəs yerlisinin, Olimpiya çempionunun döyüşünü izləmək istəyirdi. Qarşılaşma bütün 6 raund boyunca davam etdi, Əli qalib gəldi. Oyundan sonra Hanseyker Əlinin dünya çempionu olacağına əminliyini bildirdi və vurğuladı ki, gələcək çempionun ilk rəqibi olmaq onun üçün böyük şərəfdir.

Döyüşdən sonra Əlinin menecerləri ona məşqçi axtarmağa başladılar. Yekunda Əlinin komandası Ancelo Dandiyə müraciət etdi, o, boksçu ilə karyerasının sonunadək işlədi. Dekabrın 27-də onların ilk məşqi keçdi, 8 gündən sonra Əli Gerb Silerə qarşı rinqə çıxdı və texniki nokautla qələbə qazandı. Çempion adı uğrunda özünün ilk döyüşünədək, o, Mura qarşı keçirdiyi döyüş də daxil olmaqla daha 17 qarşılaşma keçirdi və 16 qələbə qazandı.

Dünya çempionu adı uğrunda döyüş

Dünya çempionu adı uğrunda Sonni Listonla qarşılaşmadan əvvəl Əli britaniyalı Henri Kuperlə “Uembli” stadionunda vuruşdu. Oyunu 55 min tamaşaçı izləyirdi. Əli rinqə İngiltərə kraliçasının tacına bənzər tacda çıxdı və buna görə fitə basıldı.

“Mən rinqə ona görə tacda çıxmışdım ki, çünki kralam. İngiltərədə kraliça var, ancaq kral yoxdur. Məni fitə basanda təəccüblənmədim, çünki bu, tez-tez baş verir. İnsanların belə hərəkəti məni ruhlandırır”, - deyə Əli döyüşdən sonra keçirilən mətbuat konfransında bildirmişdi.

Döyüşdən əvvəl o, beşinci raundda qələbə qazanacağını qabaqcadan bildirmişdi. Belə də oldu. O məğlubiyyətə yaxın idi, dördüncü raundun sonunda Əli Kuperin sol çənəyə endirdiyi özünəməxsus zərbəsini saxlaya bilməyib yıxıldı. Əlini xilas edən amil raundun vaxtının bitməsi oldu. Raundlar arası fasilədə Dandi başa düşdü ki, Əliyə nəfəsini dərmək üçün bir az vaxt lazımdır, lakin qaydalar buna icazə vermirdi. Əlinin əlcəyinin azca cırıldığını görən mütəxəssis əlcəyi bir az da çox cırdı və hakimdən əlcəyin dəyişdirilməsi üçün vaxt istədi. Qazanılan vaxt Əlinin özünə gəlməsinə kifayət etdi və qarşılaşma bərpa olan kimi Əli ardıcıl zərbələr endirərək, döyüşü başa vurdu. Qarşılaşmadan sonra Listonun meneceri Əlinin soyunub-geyinmə otağına gələrək, dünya çempionunun onunla titul uğrunda vuruşmağa hazır olduğunu bildirdi.

1963-cü ilin noyabrında Əli və Liston oyun barədə müqavilə imzaladılar. O vaxt Məhəmməd Əli deyirdi: “Məni nokaut halına salmaq mümkün deyil. Dünyada ağır çəkidə elə bir boksçu yoxdur ki, mənimlə bir rinqdə qalmağı bacarsın. Mən zərbəni elə tez endirirəm ki, döyüşün lent yazısında görünmür. Elə boksçu tapın ki, məni yerə sərə bilsin”.

Kuperlə döyüşdə olduğu kimi, bu oyunda da Əli proqnoz verdi ki, səkkizinci raundda qələbə qazanacaq. Liston da ona cavab verdi ki, dördüncü raunddan sonra baxmağa bir şey qalmayacaq.

Döyüş 1964-cü il fevralın 25-də baş tutdu. İlk üç raundda Əli qalib idi, həmişəki kimi sürətlə hərəkət edir və rəqibinə dəqiq zərbələr endirirdi. Lakin dördüncü raundda onun gözünə nə isə düşdü və boksçu döyüşü eyni tərzdə davam etdirə bilmədi. Dandi ona məsləhət gördü ki, əgər hücuma keçə bilmirsə, o halda özünü zərbələrdən gözləsin. Beşinci raundun qalibi Liston idi. Fasilədən sonra Əlinin görmə qabiliyyəti düzəldi, o, döyüşü yenə aqressiv tərzdə davam etdirdi. Onun zərbəsi Listonu gözdən tutdu, Əli artıq yeddinci raundda rəqibini nokauta göndərərək yeni dünya çempionu oldu. Bu, boksçunun əsl adı ilə çıxış etdiyi son qarşılaşma idi.

Adını dəyişməsi və orduda xidmət etməkdən imtina

Listonla döyüşdən sonra Əli “İslam milləti” təşkilatına daxil olduğunu elan etdi. Təşkilata boksçunun öz müəllimi hesab etdiyi Elayca Məhəmməd rəhbərlik edirdi. Məhz o, yeni dünya çempionuna Məhəmməd Əli adını verib.

Əli jurnalistlərə müraciətində deyib: “Kassius Kley - kölə adıdır, mən bu adı seçməmişəm və istəmirəm. Mən Məhəmməd Əliyəm. Azad addır. Mənası “Allahın sevdiyi” deməkdir və mən təkid edirəm ki, mənimlə və mənim haqqımda danışanda bu addan istifadə etsinlər.

İctimaiyyət Əlini “İslam milləti” təşkilatına üzv olmaq qərarına görə qınayırdı, Dünya Boks Assosiasiyasının (WBA) prezidenti Ed Lassman idmançını dünya çempionu adından məhrum etmək istəyirdi, lakin Ştatların boksçu komissiyaları bu istəyə məhəl qoymadılar.

1967-ci ilin martınadək Məhəmməd Əli titulunun müdafiəsi uğrunda 9 uğurlu çıxış edib. Bir aydan sonra onu Vyetnam müharibəsində iştirak üçün orduya çağırırlar, lakin çağırış məntəqəsində Əli dini etiqadlar baxımından andiçməni qəbul etməkdən imtina edir və buna görə həbs olunur. Həbsdən dərhal sonra Əli dünya çempionu adından və rinqə çıxmaq hüququndan məhrum olur. İyunun 20-də məhkəmə onu ordudan yayınmada təqsirkar bilir, lakin Əli bu qərardan apelyasiya şikayəti verir və yalnız 1971-ci ildə onun şikayəti təmin edilir.

Rinqə qayıdış. Əsrin döyüşü

Araşdırma müddətində Əli müxtəlif fəaliyyətlə məşğul olub. O, universitetlərdə mühazirələr keçirir, Brodveydə müzikllə çıxış edir, reklamda çəkilirdi. 1970-ci ildə dinləmələrin başa çatmamasına baxmayaraq, Atlantanın Atletika komissiyası Əliyə boksçu lisenziyası verir. Uzun sürən diskvalifikasiyadan sonra o, Cerri Kuorriyə qarşı döyüş keçirir. Qarşılaşma üçüncü raundda texniki nokautla Əlinin qələbəsi ilə başa çatır.

Sonra Əli Nyu-York ştatında lisenziyanı bərpa edərək, argentinalı Oskar Bonavenə qarşı rinqə çıxır, rəqibini üç dəfə nokdauna göndərir. Bu isə qaydalara müvafiq olaraq məğlubiyyətə bərabər idi.

Həmin dövrdə dünya çempionu amerikalı Co Freyzer idi. Əli onunla döyüş keçirmək və özünə dünya çempionu adını qaytarmağa səy göstərirdi. Bu döyüş böyük maraq doğurdu: məğlubedilməz sabiq və məğlubedilməz hazırkı çempionlar ilk dəfə qarşılaşacaqdılar. Nyu-Yorkda keçirilən görüş dünyanın 50 ölkəsində yayımlanırdı, döyüşü təqribən 300 min tamaşaçı izləyirdi.

Əvvəlcə qarşılaşma Əlinin diktəsi ilə keçdi. Onun zərbələrindən sonra Freyzerin üzündə çapıqlar əmələ gəldi, lakin ovaxtkı çempion dördüncü raunddan sonra təşəbbüsü ələ keçirdi. Əvvəlki illərdə olduğu kimi Əli özünə qalib gələcəyi raundu seçdi. Bu dəfə seçim altıncı raunda düşdü, lakin proqnoz özünü doğrultmadı, çünki döyüşün bu hissəsində Freyzer Əlini iplərə sıxdı və praktik olaraq, onun hücuma keçməsinə imkan vermədi. Doqquzuncu raundda Əli dəqiq zərbələr seriyasını həyata keçirdi, lakin bundan sonra çənəsinə vurulan zərbəni buraxdı və döşəməyə yıxıldı. Bununla belə qarşılaşma sonadək, 15-ci raundadək davam etdi. Freyzerin finalda güclü zərbəsindən yerə yıxılan Əli qalxmağı və döyüşü ayaq üstündə başa vurmağı bacarır. Yekdil qərarla döyüşü Freyzer qazanır, bununla da o, Əlinin peşəkar karyerasına ilk məğlubiyyəti yazır.

Cəngəlliklərdə gurultu

1973-cü ildə Freyzer amerikalı Corc Formana çempion adını uduzdu. Əli bu müddət ərzində karyerasında ikinci dəfə - bu dəfə amerikalı Ken Nortona məğlub oldu. Sonra o, revanş götürdü. Bu qələbə sayəsində Freyzer və Əli arasında ikinci qarşılaşma oldu. Bu dəfə Əli qalib gəldi.

Qələbə onu göstərdi ki, Əli çempion adı uğrunda yenidən vuruşmağa hazırdır. Döyüşün təşkilatçısı hələ o vaxt az tanınan, gələcəkdə Amerika boksunun “xaç atası” adlandırılacaq Don Kinq idi. ABŞ-da sponsor tapmayan Kinq oyunun Zairdə (hazırda Konqo Demokratik Respublikası) keçirilməsi barədə razılığa gəldi. Zairin hökmdarı Sese Mobutu döyüşə 12 milyon dollar ayırdı. Qarşılaşmanın sentyabrda keçiriləcəyinə baxmayaraq, iqlimə uyğunlaşmaqdan ötrü boksçular yayda Zairə gəldilər. Hərə döyüşə özünəməxsus hazırlaşırdı. Məşqlərin birində Forman zədə aldığından döyüş oktyabrın sonuna keçirildi.

Döyüş oktyabrın 30-da 60 min tamaşaçı qarşısında keçdi. Boksçular adət etmədikləri - yüksək rütubət, oksigen çatışmazlığı, qızmar hava şəraitində vuruşurdular. Forman qarşılaşmanın favoriti hesab olunurdu, o, Əlidən cavan idi, peşəkar rinqdə heç vaxt uduzmamışdı, Əlinin irəliyə buraxdığı yeganə döyüşçülərə - Freyzer və Nortona qalib gəlmişdi. Bununla belə, Əli praktik olaraq lap əvvəldən döyüşün gedişatını öz nəzarətinə götürdü.

Səkkizinci raundda Əli Formana bir neçə zərbə endirdi, onlardan biri Formanı üzündən tutdu və o, yerə sərildi. Forman hakim 10-a qədər sayanadək çox çətinliklə qalxdı, lakin referi həmin an döyüşü saxlamağa qərar verdi.

Əli 32 yaşında yenidən dünya çempionu oldu. Formanla onun arasında qarşılaşma tarixə “Cəngəlliklərdə gurultu” adı ilə düşdü. 1996-cı ildə həmin döyüşün motivləri əsasında “Biz krallar olanda” adlı sənədli film çəkildi və “Oskar” mükafatına layiq görüldü.

Freyzerlə üçüncü döyüş

Formanla döyüşdən bir il sonra Əli Freyzerə qarşı üçüncü oyunu keçirir. Filippində təşkil olunan qarşılaşma “Manilada triller” adını alır. Əli oyundan qabaq Freyzeri qorilla adlandıraraq onu özündən çıxarmağa çalışır. Əli çox vaxt yanında oyuncaq meymun gəzdirir və sanki Freyzeri döyürmüş kimi meymunu vururdu.

Birinci raund Əlinin üstünlüyü ilə keçdi, o, Formana qalib gəlməyə kömək edən taktikadan yenidən istifadə etdi. Bir müddət o, müvəffəqiyyətlə müdafiə olundu, lakin beşinci raundda Freyzer rəqibinin başına zərbə endirə bildi. Növbəti raundda o, öz uğurunu möhkəmlədərək daha iki zərbə endirdi, bu zərbələr Əlini iplərə doğru atdı. 12-ci raunda doğru Freyzer daha çox yorulmuşdu, Əlinin onun başına vurduğu zərbələri buraxırdı, bir gözü, demək olar ki, görmürdü.

14-cü raunddan sonra hakim döyüşü saxladı. Freyzerin məşqçisi Eddi Fatç fasilə vaxtı öz yetirməsinə üç barmağını göstərərək saymasını xahiş etdi. Lakin boksçu yalnız birini görürdü. Bundan sonra məşqçi hakimdən oyunun dayandırılmasını xahiş etdi. Bununla da Əli qalib hesab olundu. Sonradan, 1999-cu ildə ESPN telekanalı “Manilada triller”i XX əsrin ən yaxşı idman hadisələri siyahısında beşinci yerdə müəyyən edəcək.

SSRİ-yə səfər

1978-ci ilin iyununda Əli hökumətin dəvəti ilə SSRİ-yə səfər etdi. Bir neçə gün Moskvada olduqdan sonra ölkənin müsəlman regionlarına yollandı, Daşkənd və Səmərqəndi ziyarət etdi. Boksçunu hər yerdə səmimi, mehriban, qonaqpərvərliklə qarşılayırdılar. O, hətta çəkisinin bir neçə kilo artdığını da etiraf etmişdi. Özbəkistandan sonra Moskvaya qayıdan Əli sovet lideri, Sov.İKP MK-nın baş katibi Leonid Brejnev ilə görüşdü.

Brejnev Əliyə öz imzası ilə “Kiçik torpaq” kitabını və saat hədiyyə etdi. Sonradan Moskvada mətbuat konfransında boksçu deyirdi: “Mən əvvəllər ruslardan qorxurdum, fikirləşirdim ki, onlar Amerikaya hücum etmək istəyirlər. İndi bu qorxu keçib. Mən bu barədə Vətənimdə danışacağam, Sovet İttifaqı barədə həqiqətləri danışacağam. Qoy, məni düzgün başa düşsünlər: mən Amerikanı sevirəm, heç bir başqa ölkədə yaşamaq istəmərəm, lakin bu, o demək deyil ki, sizin ölkəniz, bütün gördüklərim barədə həqiqətləri mən hər kəsə danışmayacağam”.

Ertəsi gün Əli Mərkəzi Ordu İdman Klubunun idman kompleksində üç nümunəvi döyüş keçirdi. Tədbirə bilet satılmırdı, yalnız dəvətnamə ilə gəlmək mümkün idi. Bununla belə Əlinin yerli boksçularla qarşılaşmalarını canlı olaraq təqribən 2 min tamaşaçı izlədi.

Amerikalının rəqibləri ikiqat Avropa çempionu Yevgeni Qorstkov, Avropa çempionatının gümüş mükafatçısı Pyotr Zayev və SSRİ çempionu İqor Vısotski idi. Yekunda Əli Vısotskiyə qalib gəldi, Zayevə uduzdu, döyüşü Qorstkov ilə isə heç-heçə başa vurdu.

Döyüşlərin ertəsi günü Əli Amerikaya getdi və bir daha SSRİ-yə və onun parçalanmasından sonra əmələ gələn ölkələrə geri dönmədi.

Karyeranın sonu, ictimai fəaliyyət və xəstəlik

1978-ci ilin sentyabrında Əli Spinksdən əvəz çıxma döyüşündə qalib gələrək çempion adını özünə qaytardı. Lakin sonrakı üç il ərzində daha iki döyüş keçirdi. Bu oyunlarda məğlubiyyətə uğrayaraq karyerasını başa çatdırdı. Əlinin peşəkar rinqdə son rəqibi kanadalı Trevor Berbik oldu.

Karyerasını başa vurduqdan sonra o, ictimai və siyasi fəaliyyətlə məşğul oldu. 1980-ci ildə Əli ABŞ diplomatik missiyasının heyətində bir neçə Afrika ölkəsinin hökumətini Moskva Olimpiya Oyunlarını boykot etməyə inandırmağa cəhd göstərirdi. 10 il sonra o, amerikalı girovların azad edilməsi üçün İraqa, Səddam Hüseynlə danışıqlara yollandı. 2002-ci ildə Məhəmməd Əli Əfqanıstana Birləşmiş Millətlər Təşkilatının sülh elçisi qismində səfər etdi.

1996-cı ildə Atlanta Olimpiya Oyunlarında Əli məşəli yandırdı, 2012-ci ildə London Olimpiadasının açılışında fəxri qonaq idi. Atlantada Əlinin əlləri çox titrəyirdi, çünki o, 1980-ci illərin ortalarından Parkinson xəstəliyinə tutulmuşdu. 2012-ci ildə Londonda boksçu güclə hərəkət edirdi.

Hələ də bu xəstəlikdən əziyyət çəkən tanınmış kanadalı aktyor, “Geriyə, gələcəyə” filmində baş rolun ifaçısı Maykl Cey Foksla Əli xeyriyyə fondu yaratdılar. Məqsəd Parkinson xəstəliyini öyrənmək və bütün dünyanı bu barədə məlumatlandırmaq idi.

2016-cı il iyunun 3-də Əli ağciyərləri ilə problem ucbatından 74 yaşında dünyasını dəyişir. Boksçu ilə vida mərasimi onun üçün doğma olan Luisvill şəhərində, sonuncu döyüşünü keçirdiyi arenada iki gün davam etdi. Dəfn mərasimində 2001-ci ildə idmançını filmdə canlandıran aktyor Uill Smit, keçmiş dünya çempionları - Lennoks Lyuis, Mayk Tayson, Larri Holms və Forman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın sabiq prezidenti Bill Klinton və xeyli sayda digər tanınmış simalar iştirak edirdi.

Əli tarixə bütün dövrlərin ən böyük boksçularından biri kimi daxil olub. O, rinqdə yüksək sürətli hərəkətlə və zərbələrlə seçilirdi. Boksçu rəqibləri ətrafında tez-tez dövrə vurur, onları çaşdırır, karıxdırırdı. “Əllər işləyir, gözlər görür. Kəpənək kimi pərvaz et, arı kimi sanc”. Bu ifadə nəticədə zərb-məsələ çevrildi. Əli “treş-tok”un (rəqibinin üzünə təhqiramiz ifadələr işlətmək) ustası idi, həmişə opponentlərinə psixoloji təzyiq göstərməyə çalışırdı. O, həvəskar rinqdə ilk döyüşündən başlayaraq, özünü ən böyük adlandırmaqdan çəkinmədi və bunu bütün dünyaya sübut etməkdən ötrü əlindən gələni əsirgəmədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO