Məhkəmə Cənubi Koreya prezidentinin qayınanasının həbs cəzasını təsdiqləyib
Bakı, 16 noyabr, AZƏRTAC
Koreya Respublikasının Ali məhkəməsi torpaq sahəsi almaq üçün istifadə etdiyi saxta bank sənədi ilə bağlı Prezident Yun Sok Yolun qayınanasının bir illik həbs cəzasını təsdiqləyib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın birinci xanımı Kim Kon Hinin 76 yaşlı anası Çhve In Sun 2013-cü ildə Seulun cənubundakı Sonnam şəhərində əmlak almaq üçün saxta bank çıxarışdan istifadə etməkdə ittiham olunur. Saxta sənəd onun həmin ilin aprel ayından oktyabrınadək hesabına 34,9 milyard von (26,7 milyon dollar) yatırdığını göstərib.
2021-ci ilin dekabrında Çhve In Sun dairə məhkəməsi tərəfindən sənəd saxtakarlığı ittihamı ilə bir il azadlıqdan məhrum olunsa da, həbs edilməyib. Lakin həbs cəzasını təsdiqləyən apelyasiya məhkəməsi Prezidentin qayınanasının həbsinə qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]