Meksikada leysan yağışları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Meksika hökuməti ölkənin mərkəzi və şərq ştatlarını vuran leysan yağışları nəticəsində ölənlərin sayının 44 nəfərə çatdığını bildirib və zərərçəkənlərə yardım işlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq mediaya istinadla Meksika Milli Mülki Müdafiə Agentliyi (CNPC) məlumat yayıb.
Agentliyin bəyanatında qeyd olunub ki, hökumət əsas xidmətləri bərpa etmək və təbii fəlakətdən zərər çəkən sakinlərə yardım göstərmək üçün mərkəzi Puebla əyalətində, Veracruz, Hidalgo və Queretaro vilayətlərində, eləcə də San Luis Potosinin şimal və mərkəzi hissələrində 139 bələdiyyəyə təcili yardım göstərir.
Məlumata görə, əyalət hökumətləri Verakruzda 18, Hidalqoda 16, Pueblada 9 və Queretaroda 1 olmaqla, cəmi 44 ölüm hadisəsinin qeydə alındığını bildirib.
Bazar günü səlahiyyətlilər bərpaetmə səylərini sürətləndirmək, qurbanların siyahıyaalınmasını aparmaq və yardım çatdırmaq üçün ən çox zərər çəkmiş ərazilərdə təmizləmə və sanitarlaşdırma səylərini gücləndiriblər. “Raymond” tropik qasırğası bu yaxınlarda Meksikanın Sakit okean sahillərinə çatıb və bölgəyə güclü yağışlar gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]