Meksikada supermarketdə baş verən partlayış nəticəsində azı 23 nəfər ölüb
Bakı, 3 noyabr, AZƏRTAC
Meksikada bir supermarketdə baş verən partlayış nəticəsində azı 23 nəfər həlak olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, partlayış Sonora ştatının şimal-qərbindəki Hermosillo şəhərindəki “Waldo's” supermarketində yanğından sonra baş verib. Rəsmi rəqəmlər hələ açıqlanmasa da, ilkin məlumatlarda azı 23 nəfərin öldüyü, 10-dan çox insanın yaralandığı bildirilir.
Qeyd olunub ki, yanğın nəzarət altına alınıb və partlayışın səbəbini müəyyən etmək üçün araşdırma başlanıb.
“La Jornada” qəzetinin məlumatına görə, qaz sızması və ya yanacaq yığılması nəzərdən keçirilən fərziyyələrdən biridir. Sonora ştatının ictimai təhlükəsizlik katibliyi “X” sosial media platformasında “mülki şəxslərə qarşı zorakılıq aktı ilə əlaqəli hücum və ya hadisə” ehtimalını istisna edib.
Meksika Prezidenti Klaudiya Şeynbaum həlak olanların ailələrinə başsağlığı verib. “İnsidentlə bağlı dəstək göstərmək üçün Sonora qubernatoru Alfonso Durazo ilə əlaqə saxladım. Daxili işlər naziri Rosa İsela Rodriqesə həlak olanların ailələrinə və yaralılara kömək etmək üçün dəstək qrupu göndərməyi tapşırdım”, - deyə Prezident “X” sosial platformasında yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]