Məktəblərdə “Media savadlılığı” ilə bağlı materiallar nümayiş olunacaq
Bakı, 27 noyabr, AZƏRTAC
2021-2025-ci illərdə “Media savadlılığı” ilə bağlı materiallar onlayn vasitələrlə orta təhsil müəssisələrində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.
İşin icrası Milli Televiziya və Radio Şurası və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bundan başqa, Fəaliyyət Planında 2021-2025-ci illərdə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması da nəzərdə tutulur.
Təhsil Nazirliyi bu infrastrukturu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]