Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan məktəbliləri Moskvada keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 4-dən 11-dək Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq çərçivəsində reallaşan tədbirdə ölkəmizi 1 rəhbər və 6 şagird təmsil edir. Məktəblilərimiz müxtəlif ölkələrdən gələn həmyaşıdları ilə birgə təcrübəli mütəxəssislərin dərslərini dinləyir və yarışlarda iştirak edirlər.
İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom”un “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.
Beynəlxalq Qış Kompüter Məktəbi martın 6-dək davam edəcək.