Məktəblilərimiz XIX Beynəlxalq Jautikov Olimpiadasında 6 medal qazanıblar
Bakı, 11 fevral, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.
Fizika fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş medal, Murad Abdulkərim bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva və Anar Mehdiyev gümüş medal, Cəlil Hüseynov bürünc medal, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Nicat Vəliyev isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bu günədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 33 gümüş, 56 bürünc olmaqla ümumilikdə 93 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]