Məleykə Abbaszadə: Qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq
Bakı, 21 aprel, AZƏRTAC
Bu gün dünyada COVID-19 pandemiyası şəraitində imtahanlarla əlaqədar müxtəlif təkliflər, variantlar işlənir. Bizim də beynəlxalq tərəfdaşlarımız var. Biz onlarla dialoqdayıq: hansı alətləri biz Azərbaycanda tətbiq edə bilərik? Bu proseslərdə bizim əsas prinsipimiz belədir: qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq. Əgər hər hansı yeni növ imtahanı tətbiq ediriksə, o imtahan elə olmalıdır ki, qiymətləndirmə prosesi ədalətli keçməlidir. Kiminsə internetə əlçatmazlığı, kiminsə internetinin fasiləsiz olmaması, kiminsə bu imtahanda iştirak etmək üçün, ümumiyyətlə, evində lazımi qurğu olmaması o demək deyil ki, o insan qiymətləndirmədən kənarda qalmalıdır. Biz bütün alternativ variantları da işləyirik və bu prosesi, insanların sağlamlığını qorumaqla, eyni zamanda, qiymətləndirmənin ədalətli olması prinsipi əsasında quracağıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də keçirdiyi onlayn mətbuat konfransında səsləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]