“MƏNİM KLUBUM” İNTELLEKTUAL LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İLK TURNİR KEÇİRİLMİŞDİR
Xəzər İntellektual Gənclər Klubu (XİGK) “Mənim Klubum” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış keçirmişdir.
XİGK-dan AZƏRTAC-a bildirmişlər ki, çempionatda 54 komanda iştirak etmişdir.
320 nəfərin iştirak etdiyi yarışda təhsil ocağının hüquq fakültəsini təmsil edən “Ziyankarlar” komandası I, Sumqayıt şəhərinin “Eldorado” komandası II, kitabxanaçılıq və informasiya fakültəsinin “Anti” komandası III yeri tutmuşlar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçmiş oyunun qalibləri kubok və digər hədiyyələrlə mükafatlandırılmışlar.
Çempionat BDU-da yeni intellektual klubun yaradılmasına təkan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]