Mənzildən velosiped və köşkdən pul oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 24 avqust, AZƏRTAC
Səbail rayonunda mənzildən velosiped və köşkdən pul oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-nə keçən gecə Səbail rayonu ərazisindəki mənzillərdən birinin girişindən 600 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini K.Rüstəmov rayon polis idarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Həmin polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da rayon ərazisindəki köşklərin birindən 820 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini olan yeniyetmə tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.