MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ
Əlahəzrət,
Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 fevral 2010-cu il.